Bizi izləyin

Layihə

Uşaq futbolunda qida problemi: “Qəbələ” vitamindən istifadə etmir – LAYİHƏ

“Qəbələ” Futbol Akademiyasının direktor müavini …

blank
“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimovla eyniadlı klubun Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində “Rəvan”la evdə keçirilən qarşılaşmasından sonra görüşdük. Futbolinfo.az saytına verdiyi müsahibədə həmsöhbətimizlə uşaq futbolundakı bir çox məqamlara toxunduq, yeniyetmə futbolularımızın spesifik xüsusiyyətlərini müzakirə etdik.
 
– İlk olaraq, akademiyanın yaranma tarixi barədə məlumat verərdiz…
– 2006-cı ildə iki yaş qrupu – 15 və 17 yaşlılardan ibarət komandalarımız yaradıldı. Həmin vaxt ölkə çempionatı bir qədər pərakəndə keçirilir, qısa zaman kəsiyini əhatə edirdi. Mövsüm ərzində 12-14 oyun keçirirdik. Klub fəaliyyətə başlayandan əsas məqsəd uşaq futboluna diqqət ayırıb, Azərbaycan milli komandasına oyunçu qazandırmaq olub. Bu səbəbdən də “Qəbələ”nin həyata keçirdiyi ilk ciddi layihə məhz akademiyanın yaradılması olub. Əlbəttə, ilk vaxtlar infrastruktur o qədər də yüksək səviyyədə deyildi. Cəmi bir stadionumuz var idi. 2008-ci ildə Əli Yavaşı dəvət etdik, bundan bir müddət sonra isə bu gün fəaliyyətini davam etdirən Halim Fıçıcı ilə işbirliyinə start verdik. Amma həmin vaxt akademiyanın geniş fəaliyyət göstərməsi üçün bazamız yox idi. 2009-cu ilin yayında bu yöndə də ciddi işə start verdik. Yeni yataqxana binası, bir məşq meydançasının tikintisinə start verildi. Həmçinin ölkə ərazisini bütövlükdə əhatə edən seleksiya xarakterli futbolçu seçiminə start verildi. “İlk qaranquşlar” sırasında olan futbolçulardan Elvin Camalov bu gün “Qəbələ”nin əsas heyət üzvüdü. Ara-sıra heyətdə yer alan Roman Hüseynov da ilk seçilən futbolçuar arasında qərarlaşmışdı. Həmin dövrədək “Qəbələ”nin aşağı yaş qrupları üzrə komandaları mütamadi olaraq, turnir cədvəlinin alt sıralarında qərarlaşırdısa, 2009-2010 mövsümündən etibarən nəticələrimiz müsbətə doğru kəskin şəkildə dəyişməyə başladı.  Həmin mövsüm 3 yaş qrupu üzrə çempionat təşkil olundu. 17 yaşlılar arasında komandamız Azərbaycan çempionu oldu. 15 yaşlılardan ibarət futbolçularımız orta yerlərdə qərarlaşdı. 13 yaşlı futbolçularımız isə gümüş medala layiq görüldülər.
blank
 
– Nəticələrin kəskin şəkildə yaxşılaşmasının səbəbləri sırasında hansı faktorları qeyd edə bilərsiniz?
– İnfrastruktur sarıdan sıçrayışa nail olduq. Üstəlik, seçim apararkən, Azərbaycanın bütün bölgələrinə baş vurduq. Bir çox istedadlı uşaqları rənglərimizə qatdıq. Bu gün “Sumqayıt”ın əsas qol silahı olan Amil Yunanov həmin il 17 yaşlıların çempionatının bombardiri olmuşdu. 45 qola imza atan forvard barədə Halim müəllim “zəngin təcrübəm olsa da, 17 yaşlıların çempionatında 45 qol vuran oyunçu görməmişdim”, demişdi. Komandamıza yeni “Mersedes” markalı avtrobus ayrılmışdı. İndi bu, sıradan fakt kimi görünə bilər. Amma 2009-cu ildə uşaq komandasının avtobusunun olması möcüzəyə bənzəyirdi. Ölkədə ilk belə hal “Qəbələ”də yaşandı. Bütün komanda üzvlərinə “Qəbələ” Futbol Akademiyası” yazılı formalar təqdim olunmuşdu. Bütün sadaladıqlarıma 2009-cu il prizmasından diqqət yetirin. O dövr üçün bütün bu məsələlər yenilik idi. Eyni zamanda, futbolçuar bu cür qayğı gördükdə, qarşılığını verməyə çalışırdı.
 
– Yeniyetmə futbolçuların qidalanması məsələsi göstərdikləri oyunla birbaşa əlaqəlidi. Bu yöndə akademiya hansı metodikadan istifadə edir?
– Bu yöndə çox ciddi araşdırma aparmışıq. Akademiya fəaliyyətə başladığı gündən bir dəfə də olsun vitaminlərdən istifadə edilməyib. Araşdırmalarımız vitaminləşmənin uşaqların qəbul edəcəyi qidada olduğunu isbatlayıb. Ancaq bir vacib məsələ var ki, bunun nəticəsini əldə edə bilmirik. İstənilən ölkədə idman klubu müraciət edir və lazımı qidanı, rasionu müəyyənləşdirməkdə peşəkarlardan tam dolğun məsləhət ala bilir. Təəssüf ki, Azərbaycanda bu sahədə bir nəfər də olsun mütəxəssis yoxdu. Problemi xaricdən mütəxəssis dəvət etməklə həll etməyə can atdıq. Müqayisə aparsaq, bizim mətbəxə Türkiyə yaxındı. Səhv etmirəmsə, “Bakı” klubu bir müddət əvvəl bu praktikadan yararlanmışdı. Ancaq türk mətbəxinin menyusunda zeytun yağı ilə hazırlanmış qidalar çoxluq təşkil edir. Məsələn, badımcan, bibər və digər məhsulların zeytun yağında bişirilməsi daxildi. Ancaq azərbaycanlı uşaqlar bu qidaları qəbul etmək istəməyəcək. Biz sağlam, keyfiyyətli qidaları uşaqlar üçün xoş olan formada təqdim etməliyik. Əks halda, onlar bu qidanı qəbul etməyəcək.
blank
 
– Bu, məsələnin subyektiv tərəfi. Bəs obyektiv?
– Uşaqları doğulan gündən akademiyamıza gətirmirlər. Uşaqlar 9, 10, bəzən hətta 17 yaşında akademiyamıza düşür. Ovaxtadək bu uşaqların qida tələbatı artıq formalaşmış olur. Məsələn, bu uşaq evində salat yeməyibsə, çox çətinliklə buna öyrəşir. Araşdırsaq, 10 salat yeməyən yeniyetmədən üçü sonradan bu vərdişi əldə edir. Evdən bunun əsası qoyulmayıbsa, akademiyada bu vərdişi qazandırmaq çox müşkül məsələdi. Bir başqa misal çəkim. Beynəlxalq turnirə yollanırıq. 10 ölkədən 20 komanda eyni oteldə məskunlaşır. O cümlədən də biz. 19 komandanın uşaqlarının yeməyə olan münasibəti bizimkilərdən kəskin fərqlənir. Obiriliər bah-bəhlə qəbul etdikləri qidaya azərbaycanlı uşaqlar elə görkəmlə baxırlar ki, məcbur olub onlara çöldən əlavə yemək almalı olursan. Bu da ailədə öyrədilən yemək tərzindən qaynaqlanır.
Bəli, uşaqlar Azərbaycan mətbəxinə uyğun ən keyfiyyətli qida məhsulları ilə təmin olunur. Amma idmançının gün ərzində qəbul etməli olan kaloriyanın hesablanmasını aparan mütəxəssisə ehtiyac var ki, bunu bacaran adam ölkəmizdə yoxdu. Doğrudu, akademiyamızın tibbi personalı var və qidalanma haqda ibtidai olsa belə, məlumatları var. Deməzdim ki, futbolçuların qidalanması kortəbii şəkildə həyata keçirilir. Tibbi personal buna xüsusi diqqət yetirir. Həmin personalın tərtib etdiyi menyuya əsasən uşaqların qidalanması təmin olunur. Ancaq biz məsələnin ideal formasından danışırıq. Yəni, uşaqlar qidalanmadan sadəcə, doymasınlar, ondan 100 faiz fayda alsınlar.
blank
 
– Toni Adamsla bu barədə fikir mübadiləsi aparmısız?
– Xeyr.
 
– Bəlkə Böyük Britaniyadan mütəxəssis dəvət etməklə, məsələnin həllinə ən yüksək səviyyədə nail olmaq mümkündü?
– Yenə də hər şey mətbəxə dirənir. Azərbaycan və Avropa mətbəxi kəskin şəkildə fərqlənir və uşaqlar İngiltərə mətbəxini qəbul etməyəcəklər.
blank
 
– Futbolçuların təhsil problemi hansı şəkildə həllini tapır?
– Bu, klubumuz üçün ən prioritet məsələlərdən biridi. Hazırkı vəziyyət belədi: 14 yaşadək futbolçulıar ölkə çempionatı oyunlarını həftəsonu keçirdiyi halda, daha yuxarı yaş qruplarının komandaları qarşılaşmalara iş günlərində çıxır. Bu isə o deməkdi ki, 15 yaşdan yuxarı olan məktəblilər avtomatik olaraq, həftədə minimum 1, bəzi hallarda isə 2 gün dərsləri buraxmalı olur. Bu isə o deməkdi ki, həmin uşaqlar məktəb proqramından geri qalmalı olur. Üsyan da edə bilmərik ki, bütün yaş qrupları üzrə komandalarımız yalnız həftəsonu oynasınlar. Çünki başa düşürük ki, digər klublarımızın maddi-texniki bazası bütün yaş qrupları üzrə komandaların meydançaya şənbə və bazar günləri çıxmasına imkan vermir. Meydançalar, nəqliyyat, kadr problemləri – bu məsələni həll etməyə onların qarşısında dayanan əngəllərdəndi. Klublar var ki, bütün yaş qruplarına cəmi 1 həkim təkim olunub, 2 inzibatçısı var. Həmin 1-2 şəxs də bütün oyunlarda ola bilməzlər. Ən böyük problem də meydançaların yoxluğu ilə bağlıdı. Bu, mənə aid olan məsələ olmasa da, zənnimcə, ölkədə kifayət qədər hakimin olmaması da bütün qarşılaşmaları istirahət günlərində keçirməyə imkan vermir.
Əvvəllər uşaqlarımız hamısı bir məktəbdə təhsil alırdılarsa, indi onlar şəhərin bütün məktəblərinə paylaşılıb. Məqsəd uşaqlarımızın yerli mühitə alışması, şagirdlərə qarışmasıdı. Belədə futbolçular özlərini daha çox Qəbələ sakini hiss edər, həmçini qruplaşmalar yaranmaz. Uşaqlar gün ərzində 2 saat məcburi şəkildə dərslə məşğul olurlar. Ümumilikdə bu işə 4 koordinatorumuz nəzarət edir. Bunlardan ikisi daimi akademiyada yaşayır, digər ikisi isə dərslərə gedir, futbolçuların davamiyyəti, davranışına yerində nəzarət edir. Dərslərindən geri qalan futbolçulara qarşı məşqçilər cəza mexanizmi tətbiq edir: bəzən məşqlərə buraxmırlar, elə də olur oyunlara. Müəllimlərdən aylıq hesabat alınır. Hansısa formada, istər təhsildə, istər tərbiyədə, istərsə də davamiyyətdə problem varsa, həmin uşaqlar məşqçi tərəfindən mütləq cəzalandırılır.
15 yaşdan yuxarı uşaqların təhsilinə də ciddi nəzarət yetirilir. Amma desəm ki, bu sahədə ciddi uğurumuz var, yalan danışmış olaram. Çünki bu yaş qruplarının uşaqları oyun günləri dərslərdən qalırlar. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Konkret olaraq, akademiyanın əməkdaşları könüllü şəkildə videotəqdimatlar hazırlayır. Məsələn, tibbi personalımız artıq 3-4 videotəqdimat keçirib. Mövzu “sağlam qida”, “əzələ zədələri”, “şəxsi gigiyena”, “zədədən necə qorunmaq” olub. Eyni zamanda, tanınmış futbolçuların həyatı barədə videotəqdimatlar edirik. Həm müsbət obrazlardan, həm də mənfi. Məsələn, Pol Qaskoynun mənfi obrazı barədə maraqlı videotəqdimat hazırlamışıq. Daxili imkanlarımız hesabına müxtəlif səpkili təqdimatları həyata keçiririk.
 
– Əlbəttə, futbolçunun dünyagörüşünün artmasında bu videotəqdimatlar müstəsna rol oynayır. Ancaq gəlin razılaşaq ki, bu, təhsil deyil. 15 yaşdan yuxarı uşaqlar dərslərin 20-40 faizini buraxırlarsa, onların ali təhsil ocağına qəbul olunması real deyil. Digər tərəfdən də zədə təhlükəsi. Məsələn, 17 yaşlı futbolçu zədələnərək, bu idman növüylə vidalaşmalı olsa, təhsilindəki axsama onu ciddi problemlərlə üz-üzə qoyacaq…
– Biz bunun fərqindəyik. Bunu da gözəl başa düşürük ki, bu idman növündə iştirak edən bədənin bütün orqanları beyin tərəfindən idarə olunur. Futbolçunun intellekti yüksək səviyyədə olmasa, o, heç vaxt dahi olmayacaq. Ancaq mövcud problemlər barədə də söz açdım. Bu üzdən də məsələnin həlli yollarını axtarırıq. Bu yaxınlarda AFFA-da iclas oldu və həmin tədbirdə bir təklif irəli sürdüm. 2016-2017 mövsümündən U-15 liqasının oyunları şənbə və bazar günləri keçirilsin. Eyni addımı U-16 liqasında 2017-2018 mövsümündən tətbiq edək, daha bir sonra isə bütün yaş qrupları üzrə oyunlar istirahət günlərinə salınsın. Birdən-birə bütün liqalara bunu şamil etmək olduqca çətin olar. Ancaq klublar qarşısında infrastrukturu yaxşılaşdırmaq tələbi mərhələ-mərhələ həyata keçirilə bilər.
 
– Uşaqların valideynlərindən kənar qalması psixoloji baxımdan təsirsiz ötüşə bilməz. Onlar arasında görüşlərin təşkili nəzərdə tutulubmu və bunun dövriliyi hansı şəkildədi?
– Qəbələdə həm öz sahəsini, həm də idmanı yaxından bilən psixoloqlar olsaydı, biz onların bir neçəsini işə cəlb edərdik ki, uşaqlarla işləsinlər, ailədən kənar qalmaları və mövcud cəmiyyətdə yaşam tərzi yönündə onları hazırlasınlar. Təəssüf ki, istədiyimiz səviyyədə peşəkarlar yoxdu.
O ki qaldı bilavasitə valideynlərin övladlarını görməsi məsələsinə, onlar istənilən vaxt akademiyaya baş çəkə bilərlər. Uşaqların da evlərinə getməsinə ən pis halda 2 həftədə bir dəfə icazə verilir.
 
– Yoxsul ailələrdən olan uşaqların qonşu rayonlara getməsi üçün vəsait xərcləmələri müşkül məsələdi. Klub bu yöndə həmin uşaqlara kömək göstərirmi?
– Hazırda akademiyamızda təhsil alan uşaqların əksəriyyəti yoxsul ailələrdəndi. Klub onların evlərinə baş çəkməsi üçün mütamadi olaraq, imkan daxilində yardım edir.
 
– Futbol biznesdi. Bu gün Azərbaycanda bilet, forma, teleyayım satışından gəlir əldə etmək mümkün deyil. Amma futbolçu satmaqla yatırılan məbləği qarşılamaq mümkündü. “Qəbələ”nin planlarına bu, daxildirmi?
– Bu gün hansısa gənc azərbaycanlı futbolçu Avropanın aparıcı klublarında oynayacaq səviyyədə deyil. Ora düşmək üçün bizim futbolçular Avropa Birliyi ölkələrindən olan həmyaşıdlarından üstün olmalıdılar. Bu da 30-a yaxın ölkənin futbolçuları deməkdi. Digər tərəfdən, yeniyetmə futbolçunun əcnəbi skautların maraq dairəsinə düşməsi üçün qitə, dünya çempionatlarının final mərhələsində oynamalıdılar. Götürək qonşu Gürcüstanı. Onların Avropaya ixrac etdikləri futbolçular ya 17 və 19 yaşlıların Avropa çempionatının final mərhələsində, ya da elit raundunda seçilib bəyəniliblər. Bir neçə gürcü futbolçu Avropa klublarına cəlb olunduqdan sonra isə skautlar bu ölkəyə maraq göstərməyə başlayıb. Azərbaycan isə 3-5 dəfə elit raundda çıxış edib. Yalnız keçən il həm 17, həm də 19 yaşlılarımız elit raunda vəsiqə qazanmışdı. Onlar da bu mərhələni qol vurmadan tərk etdi. Bu nəticəylə də avropalı skautların maraqlarını oyatmaq olmaz. O başqa məsələ ki, indiki futbol təhsili bu nəslin uşaqlarının əsas millidə daha uğurlu nəticələrə imza atacağına ümidləri artırır.
 
– Qarşıdan 17 yaşlılar arasında Avropa çempionatının final mərhələsi gəlir. Paytaxtımızda keçirilən bu turnir uşaqlarımız üçün “Avropaya pəncərə” rolunu oynaya bilərmi?
– Hər birimiz buna ümid edirik. Tanıdığımız skautları Bakıya dəvət etmişik. Futbolçularımız üçün bu, əla bir şansdı. Ancaq bir şeyi də qeyd edim ki, “biz İngiltərə, Fransa, İspaniyanı udmalıyıq”, deyib yığmamızı təzyiq altında saxlamaq lazım deyil. Gücümüzü real qiymətləndirib, hamımız uşaqlarımızın arxasında dayanmalıyıq.
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-30 01:16

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-30 00:54

“Cenoa” 3 xalı 3 qolla qazandı

blank
Dünya futbolu2024-04-29 23:46

“Fatih Karagümrük”dən darmadağın

blank
Milli komanda2024-04-29 23:24

Millinin albanlarla oyununun məkanı və başlama saatı açıqlandı

blank
Premyer-liqa2024-04-29 22:39

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-29 22:15

“Rəqib müdafiəsini yara bilmədik” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-29 22:00

“Rəşad Sadıqovla heç bir prinsipim yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-29 21:21

“Sumqayıt”da növbəti debütant

blank
Premyer-liqa2024-04-29 20:55

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

blank
Ölkə futbolu2024-04-29 20:44

Azərbaycanın yığmaları Türkiyəyə toplanışa yollandılar

blank
Dünya futbolu2024-04-29 20:30

“Çelsi”dən gedəcəyini özü açıqladı

blank
Ölkə futbolu2024-04-29 20:00

“Baku Sportinq”dən növbəti darmadağın

blank
Digər idman növləri2024-04-29 19:45

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
Dünya futbolu2024-04-29 19:31

Sançes Milanda qalmayacaq

blank
Digər idman növləri2024-04-29 19:14

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

blank
Dünya futbolu2024-04-29 19:00

Xavi Robertonun qalmasını istəyir

blank
Dünya futbolu2024-04-29 18:44

“Torino” Yuriçlə vidalaşır

blank
Dünya futbolu2024-04-29 18:32

Palladino iddialı komandadan dəvət gözləyir

blank
Əvəzedicilər2024-04-29 18:16

Liderdən inamlı qələbə, izləyicisindən darmadağın

blank
Digər idman növləri2024-04-29 18:00

Azərbaycan şahmatında ilk – Fətəliyeva Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-29 17:45

Türkiyə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-04-29 17:31

“Məqsədimiz 6 il öncəki uğurumuzu təkrarlamaqdır”

blank
Digər idman növləri2024-04-29 17:16

Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısında iştirak edib

blank
Digər idman növləri2024-04-29 17:00

“Çempionluq üçün əlimizdən gələni edəcəyik” – Baxşıyev

blank
Digər idman növləri2024-04-29 16:44

Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

blank
Digər idman növləri2024-04-29 16:30

“Şəki” iki legionerlə vidalaşdı

blank
Dünya futbolu2024-04-29 16:15

Slot gələcək komandası üçün oyunçu seçir

blank
Digər idman növləri2024-04-29 16:00

Azərbaycan Basketbol Liqası: Pley-off oyunlarının vaxtı bəlli oldu

blank
Digər idman növləri2024-04-29 15:46

Azərbaycan atletlərindən Türkiyədə növbəti medallar

blank
Digər idman növləri2024-04-29 15:32

Formula 1 pilotu bayramda başından zədə aldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm