Bizi izləyin

Layihə

Unudulmuş Abramenkoyla bitən era – LAYİHƏ

Konstantin Abramenko. Bu ad futbol tariximizə elə hərflərlə həkk…

blank
Konstantin Abramenko. Bu ad futbol tariximizə elə hərflərlə həkk olunub ki, tarixi saxtalaşdıran qüvvələr də onu silib çıxara bilməz.
 
Azərbancan futbolunun Məkkəsi – Gəncə. Bu “Məkkə”nin də bir “şeyxi” olub – Konstantin Abramenko.
 
Kostya dayı indi Gəncənin Fəxri Xiyabanda uyuyur. Kimsəsiz, tənha Abramenko. Ölkə futboluna bəxş etdiyi futbolçuları xatırlayanda yada düşməməsini dərk etmək üçün 2 baş da yetməz…
 
Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Kəpəz” – “İnter” qarşılaşmasını izlədikdən dərhal sonra meydan sahiblərinin mətbuat xidmətinin rəhbəri Azad Mustafayevə Kostya dayının məzarını ziyarət etmək istəyimi bildirdim. O da bəndənizi hazırda “Lokomotiv” cəmiyyətində Abramenkonun yerində çalışan Rauf Rzayevlə görüşdürdü. Bu istəyə düşməyimizin səbəbi var idi. Uşaq futbolu ilə bağlı layihəmizdə keçmişi, bu işdə can qoyanları yada salmasaq, olmazdı.
 
İlk olaraq mərhum mütəxəssisin qəbrini ziyarət etdik. Fəxri xiyabanda yeganə “kasıb qəbri” Abramenkonundu. Niyə? Sualın cavabı üzdə olsa da, subyektiv fikirlərimiz bu mövzunun üstündə çox dayanmağa imkan vermir. Çünki insan dünyasını dəyişdikdən sonra istəyirsən məzarını qızıldan düzəltdir, baş daşını da brilyantdan qoydur. Ölən ölüb və qəbristanlıqdakı istənilən hoqqabazlığı artıq sayırıq…
 
Stadiondan qəbristanlığa olan məsafə kifayət qədər uzaq idi. Rzayevlə Kostya dayı barədə xeyli söhbət etdik. Məlum oldu ki, Rzayev onun yetirməsi olub. Abramenko haqda bəzi xatirələr danışdı. Müəyyən hissələri olduqca maraqlı idi. Buyurun, tanış olun.
 
“Kostya dayının böyük bir yeşiyi var idi. Ora “keta”ları yığardı. Həmişə yetirmələrini həmin yeşiyin yanına yollayanda bilirdik ki, təzə ayaqqabı gətirib. Topları uşaqlara verərdi ki, evdə də oyna, topu hiss et…
Rəhmətlik yaxşı insan idi. Yetirmələrini bütün Respublika tanıyır. “Dəri top” yarışlarına gedərkən, daim başımızın üstündə dayanıb, yaxşı qidalanmağımızı tələb edirdi. Kiminsə iştahının olmadığını gördükdə isə “suxoy payok”u özüylə otağa aparmasını təşkil edirdi. Ancaq dünyasını dəyişəndə məşhurlardan cəmi iki tələbəsi hüzrpulu yazdırdı. Bir qızı qalıb yadigar. O da atası vəfat etdikdən sonra evi satıb, Rusiyaya, qohumlarının yanına köçdü…”
 
Rauf müəllimlə uzun illər Abramenkonun, hazırda isə onun iş otağına yollanırıq. Kaş ki, görməzdim. İlk təəssürat belə oldu.
 
Bəli, otaqda qazanılan çoxsaylı kuboklar, diplomlar, şəkillər bu gün də Abramenko barədə xatirə kimi qorunur. Bələdçimiz olan Rauf bəy “Kostya dayı rəhmətə gedəndən sonra bir iynə çöpünə də əl dəyməmişəm. Necə qoymuşdusa, elə də qoruyuram”, deyir. Ancaq otaq… İlahi, gözlər bu günü görməyəydi. Bambılı-bambılı festivallara, gərəksiz və əhəmiyyətsiz PR-aksiyalara xərclənən vəsaitin 0,001 faizini ayırmaqla həmin otağı muzeyə çevirmək olar.
 
PR axtarırsınız? Bundan gözəl imkan?! Qarşıdan U-17-lər arasında Avropa çempionatı gəlir. Qonaqları hara aparacaqsınız? Bəs “Azərbaycan futbolunun Məkkəsi”ni yada salacaqsınızmı? Birdən yanılıb Gəncə tərəfə üz tutarsız, Abramenkonun iş otağını muzey kimi qonaqlara təqdim etmək arzusuna düşərsiz ha! Rauf müəllimə “axı, otaq adamın üstünə gəlir”, dedikdə isə daha bir şok terapiyasına məruz qaldıq: “Qardaş, vallah, öz hesabıma düzəltdirərdim, ancaq 70 manat məvacib alıram”.
 
– Bəs AFFA? Bəs Gəncənin müvafiq strukturları? Bəs Abramenkonun yetirmələri?
 
– Heç kimə lazım deyil…
 
Düşünürsünüzsə ki, bununla da səyahət başa çatdı, yanılırsınız. Çünki daha bir dəhşətli mənzərənin şahidi olduq. Söhbət Kostya dayının ömrünün böyük hissəsini sərf etdiyi, neçə-neçə parlaq simalar yetişdirdiyi meydançadan gedir. Yer daşlaşıb, giriş qapısının cığıltısı qulaq batırır, dəmir hasarlara baxanda insanı vahimə basır. Bu meydançada nəinki futbolçu yetişdirmək, ümumiyyətlə, yerimək təhlükəlidi. Meydançanıı abadlaşdırmaq böyük vəsait tələb etmir. Sadəcə, istəmək və təmənnasız nələrsə etmək lazımdı. Əlbəttə, futbol naminə. Çünki Gəncə bir konveyerdi. Yetər ki, havasını-suyunu verəsən, torpaq özü becərəcək.
 
Maşallah Əhmədov, Vəli Qasımov, Yunis Hüseynov, Mahmud Qurbanov, Vidadi Rzayev, Xaliq Mərdanov – bu, Gəncənin 20-ci əsrin sonlarından bəri ölkəmizə bəxş etdiyi ən üzdə olan futbolçuların siyahısıdı. Çoxları hazırda da çörəkli yerlərdə çalışır. Ancaq əllərinin çörəyə çatdığı futbolun bu gün onların dəstəyinə ehtiyacı var.
 
Düşünmürəm ki, Regional Futbol Federasiyasının vitse-prezidenti Maşallah Əhmədovun mövsüm ərzində 10 top almağa imkanı olmasın. Elə milli komandamızını məşqçisi Mahmud Qurbanov, “Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynov, “Neftçi”nin baş məşqçisi Vəli Qasımov da Abramenkodan qalan mirasa dəstək olmaq imkanına sahibdilər. Dəxli yoxdu, Abramenkonun yetirməsi olublar, yoxsa yox. Hər halda, bu gün Gəncə futbolunun dəstəyə ehtiyacı var. Fişka, top, forma, “nakidka” kimi primitiv tələbatı ödəyən yardım etməyə börcludular! Bu, yazılmayan qanundu. Bunu edən oğulun AFFA qarşısında dili də uzun olar. Tam haqlı olaraq, sonradan assosiasiyadan süni örtüklü meydança salmağı da tələb edə bilərlər…
 
Öz növbəmizdə Abramenkonun çalışdığı “Lokomotiv”ə yardım göstərən hər bir şəxsin ənamını çatdırmağı da boynumuza götürürük. Təki adlarını çəkdiyimiz və çəkmədiyimiz Gəncə futbolunun yetirmələri səsimizə səs versinlər.
 
AFFA isə əməli dəstək göstərməlidi. Konkret olaraq, süni meydançanın salınması, Abramenkonun xatirə turnirinin təşkili kimi əməli addımlar atılmalıdı. “Bizim balansımızda” deyil tipli açıqlamarla yaxalarını kənara çəkə bilməzlər. Eləyə qalanda nə “Qaradağ Lökbatan”, nə “Neftçala”, nə “Ağsu”, nə “Sumqayıt”, nə “Kəpəz”ə də yardım etməməlidilər. Bu cür misalların isə sayı-hesabı yoxdu. Tarixi silmək isə heç kimə müyəssər olmur. Abramenkonun Azərbaycan futbolu qarşısında xidmətləri olub və onu əbədiləşdirmək, futbolun hesabına villalar tikdirənlərin vicdan borcudu.
 
CEYHUN ƏLİYEV
 
P.S.: Xəbəriniz olsun ki, Abramenko rəhmətə gedəndən sonra Gəncə Azərbaycan futboluna düz-əməlli bir ulduz da verməyib. Amma bir neçə il əvvələ kimi bütün komandalarda gəncəlilər oynayır, çempion klubların heyətinin özəyini Kostya dayının yetirmələri təşkil edirdi.

blank

blank

blank

blank

blank

blank

blank

blank

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 12:14

“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

blank
Digər idman növləri2024-04-23 12:00

Ülviyyə Fətəliyevadan maksimum nəticə

blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm