Müsahibə
Aqil Məmmədov: "Hakim təyin etməyibsə, deməli, penalti yox idi"
"Neftçi"nin qapıçısı Aqil Məmmədov Azərb…
"Neftçi"nin qapıçısı Aqil Məmmədov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan (1:1) sonra futbolinfo.az saytını suallarını cavablandırıb:
– Matçla bağlı fikirləriniz…
– Bu gün yaxşı oynadıq. "Qəbələ" də yaxşı komandadı. Amma inanıram ki, cavab matçında qələbə qazanacağıq. Bu gün hər iki komandanın qol şansları oldu. Kubokun finalına layiq matç oldu.
– Bu gün yaxşı oynadıq. "Qəbələ" də yaxşı komandadı. Amma inanıram ki, cavab matçında qələbə qazanacağıq. Bu gün hər iki komandanın qol şansları oldu. Kubokun finalına layiq matç oldu.
– Tam səmimi cavab ver, Aleksey Qayın epizodunda penalti var idi?
– Hakim təyin etməyibsə, demək ki, yox idi.
– Hakim təyin etməyibsə, demək ki, yox idi.
– Sənin fikrin maraqlıdı…
– Xeyr, yox idi. Mən topa tullandım, Qay özünü qırağa çəkdi. Sadəcə, Qay ayağını mənə ilişdirdi. (gülür)
– Xeyr, yox idi. Mən topa tullandım, Qay özünü qırağa çəkdi. Sadəcə, Qay ayağını mənə ilişdirdi. (gülür)
– İlk hissədə "Qəbələ" 4 real qol şansı qaçırdı. Amma fasilədən sonra daha yaxşı oyun nümayiş etdirdiniz. Bəxtinizin gətirdiyini düşünmək olar?
– 10-15 dəqiqə sanki donmuşduq. Daha sonra oyun açıldı, komandamız buna uyğunlaşdı. Məncə, qazanılan nəticə pis deyil.
– 10-15 dəqiqə sanki donmuşduq. Daha sonra oyun açıldı, komandamız buna uyğunlaşdı. Məncə, qazanılan nəticə pis deyil.
– Bu gün meydanda aqressiv idin. Samir Zərgərovla da müsbahisən düşdü…
– Vaxt gələr, nə baş verdiyini deyərəm.
– Vaxt gələr, nə baş verdiyini deyərəm.
– Cari mövsümdə 9 sarı vərəqə almısan. Səncə, bu qapıçı üçün həddən çox deyil?
– Razıyam, çox vərəqə almışam. Həmişə haqsızlığa etiraz edib, vərəqə almışam. Demək ki, epizodlar çox olur ki, bu qədər cəzalanıram.
– Razıyam, çox vərəqə almışam. Həmişə haqsızlığa etiraz edib, vərəqə almışam. Demək ki, epizodlar çox olur ki, bu qədər cəzalanıram.
– "İstefa" şüalarından sonra qol vurdunuz. Bunun sizə mənfi yoxsa, müsbət təsiri var? Ümumiyyətlə, azarkeşlərə nə demək istərdin?
– Həmişə azarkeşlərimizlə bir olmuşuq. Elə matçdan öncə də görüşdük. Onların bizə ürək sözləri oldu. Qalib gəlməyi biz də istəyirik.
– Həmişə azarkeşlərimizlə bir olmuşuq. Elə matçdan öncə də görüşdük. Onların bizə ürək sözləri oldu. Qalib gəlməyi biz də istəyirik.
– Cavab oyunu üçün şansları necə dəyərləndirirsən?
– 1:1 sürüşkən hesabdı. Bu oyunu 0:0 kimi sayıram. Cavab matçında uğurlu nəticə qazanmağa çalışacağıq.
– 1:1 sürüşkən hesabdı. Bu oyunu 0:0 kimi sayıram. Cavab matçında uğurlu nəticə qazanmağa çalışacağıq.
– Orada əvvəl çempionat, sonra kubok matçına çıxacaqsınız. Eyni komandaya qarşı ardıcıl üç oyun keçirmək darıxdırıcı deyil?
– Niyə darıxırıq ki? Qəbələdə dağların təmiz havasını alacağıq. Amma eyni rəqiblə ardıcıl oynamaq cansıxıcı olur.
– Niyə darıxırıq ki? Qəbələdə dağların təmiz havasını alacağıq. Amma eyni rəqiblə ardıcıl oynamaq cansıxıcı olur.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq