Ölkə kuboku
Azərbaycan futbolunda belə şey olmamışdı…
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “…
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “İnter”i 4:0 hesabı ilə məğlub edən “Qarabağ” yeni rekorda imza atıb. Futbolinfo.az xəbərverir ki, Ağdam təmsilçisi bu mərhələdə ən böyük hesablı səfər qələbəsinin müəllifi olub.
Belə ki, 1992-ci ildən keçirilən kubok yarışlarının 24 illik tarixində heç bir komanda yarımfinalın səfər matçında 4 top üstünlüyünə nail olmamışdı. Bunadək yalnız bir dəfə bu mərhələdə qonaqlar böyük hesablı qələbə əldə etmişdi.
Həmin hadisə 1998/99 mövsümündə qeydə alınmışdı. 17 il öncə “Neftçi” “Turan”ı 3 cavabsız qolla keçmişdi ki, “Qarabağ” bakılıların rekordunu 1 qol üstələyib.
Yarımfinal mərhələlərinin mütləq rekordu isə “Qarabağ”ın darmadağın etdiyi “İnter”ə məxsusdu. Bakılılar yarımfinalda 5:0 hesablı qələbəyə də nail olub. Bu, 2008/09 mövsümünə təsadüf edib. Həmin vaxt “bankirlər” “Qəbələ” ilə ev oyununda 5 cavabsız qola sevinib. (apasport.az)
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı