Bizi izləyin

Ölkə futbolu

“Qəbələ”nin hədəsi, Hakimlər Komitəsinin bəraət görüşü

Gərginliyin yüksək həddi. Ölkənin aparıcı klubu naraz?…

blank
Gərginliyin yüksək həddi. Ölkənin aparıcı klubu narazıdı, etiraz edir və haqlıdı.
Ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə “Qəbələ”nin haqqı yeyildi. “Neftçi” ilə matçda hesab 1:1 olarkən qonaqların qapısına təyin olunmayan penalti “qırmızı-qaralar”ın haqlı narazılığına səbəb oldu. Ara qarışdı, məzhəb itdi.
Vəziyyət ciddidi. O qədər ciddi ki, hakimləri, onların qiymətlərini, cəza müddətlərini hamıdan gizlədən AFFA Hakimlər Komitəsi jurnalistləri görüşə çağırdı. Bu gün Topaz Premyer Liqasının və Azərbaycan Kubokunun görüşlərindən sonra hakimlərin qərarlarını müzakirə etmək üçün keçirilən ənənəvi toplantılardan növbətisi media üçün açıq olacaq. Deməli, komitə sədri Xaqani Məmmədov budəfəki səhvin böyüklüyünün fərqindədi. O, səhvə bəraət qazandırmaq istəməyəcək, bunun sadəcə, qərəz olmadığını isbatlamağa çalışacaq.
Ən pisi odur ki, işin içində FİFA referisi Əliyar Ağayev var. Ölkənin ən istedadlı referilərindən biri, “təmiz” olduğunu dəfələrlə sübut etmiş hakimin qalmaqala qarşıması yaxşı olmadı. Mövsümü çox uğursuz keçirən, səhvlərinə görə bir neçə dəfə cəzalanan Əliyar yenə də gərginliyin ortasındadı. Elə Xaqani Məmmədovun da səhvi ondadı ki, psixoloji cəhətdən durumu yerində olmayan, cəzadan yeni qayıdan birini taleyi kubokdan asılı olan iki komandanın ölüm-dirim görüşünə təyin edir. Və onu yandırır…
“Qəbələ”nin dünən yaydığı bəyanat onların ciddi narazılığından xəbər verir. Və bu narazılıq futbolçuların, məşqçilərin, klub idarəçilərinin narazılığının əksi deyil, daha ağır çəkilidi. Yazılma üslubundan, tonundan, bəyanatın terminalogiyasından bəlli olur ki, o, “başqa əl”dən çıxıb. Qısaca, bəyanatı klubun himayədarlarının hədəsi kimi qəbul etmək olar.
Hədə fayda verdi. Bugünkü görüş elə hakim səhvlərinə AFFA rəhbərliyi tərəfindən reaksiya verilməsinə gətirib çıxardı. Amma yarışlardan imtina etmək istəyi bəyanatın bir qədər şişirdilmiş hissəsidi. Ölkə futboluna bu qədər sərmayə qoymuşkən birdən-birə kənara çəkilmək hamının başını ağrıdar. Futbol akademiyasına cəlb olunan yüzlərlə uşağın taleyi ilə oynamaq, yaradılan infrastrukturdan, indiyədək çəkilən əziyyətdən qəfil imtina mümkünsüzdü.
Bu bəyanat daha çox yarımfinalın cavab oyununda, eləcə də mümkün final matçında daha ədalətli hakimlik görməyə, psixoloji basqı yaratmağa hesablanıb. Çünki titulsuz mövsümə görə çox adam cavab verməli olacaq.
“Qəbələ” rəhbərliyi etiraz etməkdə, bəyanat verməkdə haqlıdı. Qərəzli, ya qərəzsiz – onlara qarşı kobud səhv edilib. Və indiki halda haqlı durumdadılar, hesab istəyəcək mövqedədilər. Ağayev də, Hakimlər Komitəsi də məntiqli izahat verməli, vəziyyətə aydınlıq gətirməli, belə halların təkrarlanmaması üçün diqqətli olmalıdılar. Futboldan heç nə qazanmadan bura sərmayə qoyan insanları hansısa məsuliyyətsizlik üzündən incitmək, küsdürmək olmaz. Amma…
…Amma “Qəbələ” rəhbərliyi baş məşqçi Roman Qriqorçuka da bir bəyanat ünvanlamalıdı. Ukraynalının xidmətlərini unutmaq olmaz, ancaq Avropa Liqasının qrupuna qazanılmış vəsiqə örtüyünün altından çıxmaq vaxtıdı. Qriqorçuk, dünənə görə sağ ol, etmisən, qarşılığını böyük pullarla almısan, həm özünü, həm gətirdiyin legionerlərin həyatını təmin etmisən. Lakin bu gün həminki kimi qazanmağa layiq deyilsən. Yenə qazanırsan. O zaman ya qarşılığını ver, ya da səhvlərini etiraf et, üzr istə və çıx, get.
Bəyanatda – yəqin ki, Qriqorçukun raportu əsasında – komandanın hakim səhvləri nəticəsində xal itirdiyi oyunların siyahısı var. Mən hələ ora daha 2-3 matçı əlavə edərdim. Ancaq iş ondadı ki, “Qəbələ”nin layiq olmadan xal və xallar qazandığı oyunların da siyahısı genişdi. Həmin görüşlərdə də hakimlər səhv edib. Demək hakim səhvi hamı üçün var, sadəcə, onu necə qiymətləndirmək məsələsi önəmlidi.
Milyonlar qazanan məşqçinin komandası ən bahalı futbolçu heyəti ilə komandaların maddi durumu üzündən məhəllə çempionatına çevrilən Premyer Liqada bu qədər uğursuz olmamalıdı. Qriqorçukdan israrla istədiyi, amma oynatmadığı Pavel Paşayevin transfer edilmə səbəbi soruşulmalıdı. Rəhbərlik Ukraynadan gətirilən tibb personalının işini dəyərləndirməlidi. Hər cür şərait yaradıldığı halda nə üçün komandada bu qədər zədəli var? Aleksey Antonov AZAL-ın 3 futbolçusunun aylıq maaşını bir günə qazanır. Gündəlik 1500 dollar qazanan futbolçu 31 tura 10 qol vurmayıbsa, komandası həmin AZAL-dan cəmi 7 xal öndədisə, nədən danışırıq? Yararsız adama ödənilən 45 min dollara Qəbələ akademiyasında əlavə nələr etmək olmaz?
Düzdü, hakim səhvi olmamalıdı, kimsə bundan əziyyət çəkməməlidi. Heç kim Əlyar Ağayevə bəraət qazandıra bilməz. Güman ki, “Kəpəz” – “İnter” görüşündəki kobud səhvindən sonra qonaqlardan üzr istəmək cəsarəti olan referi bu gün də eyni addımı atacaq. Düzdü, bu, “Qəbələ”nin əlindən alınan qələbəsini geri qaytarmayacaq, amma Ağayevi hakimlikdən qovmaqla da heç nə dəyişməyəcək. “Qəbələ” ən yüksək səviyyədə etirazını bildirsin, narazılığını hətta hədəylə çatdırsın. Lakin daha böyük səhvlərə imza atan məşqçisindən, legionerlərindən, harınlamış bəzi futbolçularından da hesabat tələb etsin. Axı, 5-6 yüzfaizli qol epizodunu boşa verəndə Əliyar əlini topun qarşısına qoymamışdı.
Vəziyyət gərgindi. Hakimlər Komitəsi bu gün hesabat verəcək, Ağayev səhvlərinin səbəbini aydınlaşdıracaq. Bu, Xaqani Məmmədova ciddi dərs olmalıdı, insanların taleyi ilə oynamamaq üçün işini yüksək səviyyədə görməlidi. Bacarmırsa, Qriqorçuk kimi kreslonu qucaqlayıb oturmaq lazım deyil, psixoloji cəhətdən yüklənmiş bəzi hakimləri də yandırmaq olmaz, zamanı gələndə getmək baş ucalığıdı. Videoçarx nümayişi, hər epizodda haqq axtarmaq çıxış yolu deyil. Şəffaf çempionat, hamının məmnun qaldığı idarəçilik lazımdı. “Qəbələ”ni incitmək və ya onlarda səhv axtarmaq sədrin səlahiyyətinə aid məsələ deyil. Hər kəs öz eyiblərini görüb, onu aradan qaldırsa, kifayətdi.
FƏRİD
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-14 15:48

“Səbail” “Kəpəz”ə qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Digər idman növləri2024-04-14 13:20

Millimiz finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 13:00

Daha 4 cüdoçumuz Avropa Kubokunda mübarizəyə qoşulacaq

blank
Digər idman növləri2024-04-14 12:43

Komandalar iştirakçı sayının aşağı salınmasını istəyir

blank
Digər idman növləri2024-04-14 12:29

Monte-Karloda liderlər uduzdu

blank
Dünya futbolu2024-04-14 12:11

“Beşiktaş”ın baş məşqçisi istefaya göndərildi

blank
Digər idman növləri2024-04-14 12:00

Millimizin üzvü finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 11:30

Abasov yenə heç-heçəyə razılaşdı

blank
Digər idman növləri2024-04-14 11:00

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 7 medal

blank
Digər idman növləri2024-04-14 10:29

Azərbaycan çempionatında 3-cü turun görüşləri keçirilib

blank
Digər idman növləri2024-04-14 10:00

Millimiz Honqkonqda növbəti oyununa çıxır

blank
Premyer-liqa2024-04-14 09:30

“Səbail” “Kəpəz”ə, “Sabah” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-04-14 09:11

Ən effektiv beşlik məlum oldu

blank
Digər idman növləri2024-04-14 08:52

“Audi” gələcək pilotları ilə danışıqlara başladı

blank
Digər idman növləri2024-04-14 08:34

Nadal və Alkarasın iştirak edəcəyi turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-04-14 08:17

Avroliqada cütlər məlum oldu

blank
Ölkə futbolu2024-04-14 08:00

“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı

blank
Dünya futbolu2024-04-14 01:21

“Atletiko”, “Barselona” və “Real”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-14 01:11

“Strasburq” və “Tuluza”dan qələbə

blank
Dünya futbolu2024-04-14 00:52

Turin derbisində heç-heçə

blank
Dünya futbolu2024-04-14 00:37

“Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-04-14 00:25

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-13 23:32

Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Premyer-liqa2024-04-13 22:28

“İlk hissədəki 2:0 oyunçulara güvən və rahatlıq verdi” – Bojoviç

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm