Premyer-liqa
AZAL-ın daha bir oyunçusu üçün mövsüm erkən bitdi
Ötən həftə keçirilən “Rəvan” – AZAL oyunu…
Ötən həftə keçirilən “Rəvan” – AZAL oyununda zədələnərək meydançanı tərk edən qonaq komandanın futbolçusu Kamal Mirzəyev üçün mövsümü bitmiş saymaq olar. Futbolinfo.az xəbər verir ki, həkim müayinəsində keçirilən yarımmüdafiəçi çempionatın sonuna qədər məşqlərə çıxa bilməyəcək.
Sağ ayağının pəncə sümüyündə çat aşkar olunduğu üçün Kamalın ayağı gipsə salınıb. Klub həkimlərinin bildirdiyinə görə, futbolçu yalnız 3 həftədən sonra gipsdən azad olunacaq. (klub saytı)
Xatırladaq ki, AZAL-da daha öncə Taqim Novruzov belə ciddi zədə alaraq, mövsümü erkən başa vurmaq məcburiyyətində qalmışdı.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi