Premyer-liqa
“Kuban” Qriqorçuku istəmədi
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorç…
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun adı “Kuban” klubunun baş məşqçisi postuna namizədlər sırasından çıxarılıb. Futbolinfo.az Rusiya KİV-inə istinadən xəbər verir ki, hazırda baş məşqçi axtarışında olan Krasnodar təmsilçisi ukraynalı mütəxəssin xidmətindən yararlanmaq niyyətindən vaz keçib.
Rusiyalı həmkarlarımız Moskva MOİK-ində baş məşqçinin köməkçisi işləyən Viktor Qonçarenkonun bu yerə ən real namizəd olduğunu, lakin son anda belaruslu mütəxəssisin paytaxtdan ayrılmaq istəmədiyini söyləyərək, təklifdən imtina etdiyini iddia edir.
“Kuban”ın baş məşqçisi postuna daha bir namizəd Dan Petreskunun da keçidinin real görünmədiyini iddia edən “Sport-Ekspress”, bunu rumıniyalının “iştahı”yla əlaqələndiriblər.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi