Premyer-liqa
Polis "terrora lənət"ə "yox" dedi – FOTO
Ötən gün Topaz Premyer Liqasında 32-ci turun oyunları ke&…
Ötən gün Topaz Premyer Liqasında 32-ci turun oyunları keçirildi. Futbolinfo.az xəbər verir ki, AZAL evdə “Xəzər Lənkəran”ı qəbul etdi.
Meydan sahiblərinin 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmada qonaq komandanın fanatları 7 il əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror nəticəsində həyatını itirənləri yad etmək istəsə də, polis buna icazə verməyib. Belə ki, lənkəranlı fanatların sözügedən faciə ilə bağlı plakatının tirbunaya buraxılmasına polislər şərait yaratmaq istəməyiblər.