Əvəzedicilər
"Qəbələ"nin tarixində ilk
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasında mübarizə apara…
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında çempion müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, 32-ci turun “Neftçi” ilə oyununda 3:0 hesabı ilə qalib gələn “Qəbələ” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri təmin edib.
Ardıcıl 6-cı qələbəsini qazanan Ramin Quliyevin baş məşqçisi olduğu komanda xal hesabını 72-yə çatdırıb. Ən yaxın izləyicisi “Sumqayıt”in “İnter”lə matçda xal itirməsindən yararlanan “qırmızı-qaralar” fərqi 13-ə yüksəldib. Bununla da “Qəbələ” əvəzedicilərin yarışları tarixində ilk dəfə çempion olub.
Qeyd edək ki, əvəzedicilərin yarışının əvvəlki qalibləri aşağıdakı komandalar olub:
1997/98. OİK (Bakı)
2008/09. “Neftçi” (Bakı)
2009/10. “Qarabağ” (Ağdam)
2010/11. “Bakı” (Bakı)
2011/12. “Neftçi” (Bakı)
2012/13. “Bakı” (Bakı)
2013/14. “İnter” (Bakı)
2014/15. “İnter” (Bakı)
2015/16. “Qəbələ” (Qəbələ)
2008/09. “Neftçi” (Bakı)
2009/10. “Qarabağ” (Ağdam)
2010/11. “Bakı” (Bakı)
2011/12. “Neftçi” (Bakı)
2012/13. “Bakı” (Bakı)
2013/14. “İnter” (Bakı)
2014/15. “İnter” (Bakı)
2015/16. “Qəbələ” (Qəbələ)