Dünya futbolu
Orxan oynadı, Mirabdulla yox
Latviya çempionatında 6-cı turun oyunları keçirilib. …
Latviya çempionatında 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun komandası – "Dauqava" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Yelqava" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb – 1:3.
Bu oyunda Orxan start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. Mirabdulla isə matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, 6 turdan sonra 3 xala malik olan "Dauqava" 8 klub arasında sonuncu pillədə qərarlaşıb.