Premyer-liqa
Adil Şükürov: "Ustalıq səviyyəsi öz sözünü deyir"
"Zirə"nin baş məşqçisi Adil Şükürov To…
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Komandanı sonadək dəstəklədilər. Komandamız yeni yaranıb. Bu günə kimi heç bir komanda belə rəqibə qarşı belə baxımlı oyun göstərməmişdi. Bunu bizim komanda etdi. Buna görə də, oyunçulara təşəkkür düşür. "Qızıl" şansımız qalmasa da, gümüş medal uğrunda mübarizəmizi davam etdiririk.
– "Zirə"nin bu mövsüm "Qarabağ"la oyunu alınmır..
– Deməzdim ki, "Qarabağ"la oyunumuz alınmır. Sadəcə, ustalıq səviyyəsi öz sözünü deyir.
– Deməzdim ki, "Qarabağ"la oyunumuz alınmır. Sadəcə, ustalıq səviyyəsi öz sözünü deyir.
– Kuboku çempionata qurban verdiyinizə görə peşman deyilsiz ki?
– Biz heç vaxt belə fikirləşməmişik. Sadəcə, o vaxt komandada xəstə və zədəlilər var idi.
– Biz heç vaxt belə fikirləşməmişik. Sadəcə, o vaxt komandada xəstə və zədəlilər var idi.
– Bonilyanı ilk hissədən sonra əvəzlədiz. Buna səbəb nə idi? O, komandada qalacaq?
– Bonilyanı əvəzləməyimə səbəb, onun yorulması idi. Komandadakı gələcək taleyilə bağlı danışıb qərar verəcəyik.
– Bonilyanı əvəzləməyimə səbəb, onun yorulması idi. Komandadakı gələcək taleyilə bağlı danışıb qərar verəcəyik.
– "Zirə" çempionatda ikinci pillədə qərarlaşsa da, "Qarabağ"a müqavimət göstərə bilmədi…
– Bu gün bütün komandalarda vəziyyət eynidi. Sadəcə, "Qarabağ"dakı oyunçuların ustalıq səviyyəsi yüksəkdi. Bu, başqa ölkələrdə də belədi. Deyə bilmərik ki, həmin ölkələrdə də səviyyə aşağıdı. Sonda "Qarabağ"ı çempion olması münasibətilə təbrik edirəm.