Ölkə futbolu
1 matçda 3 dəfə
Topaz Premyer Liqasının XXXII turu bir komandanın eyni matçd…
Topaz Premyer Liqasının XXXII turu bir komandanın eyni matçda iki penaltini qaçırması ilə əlamətdar oldu. “İnter”lə matçın antiqəhrəmanı kimi “Sumqayıt” futbolçuları tarixə düşdü.
Ağabala Ramazanov və Vaqif Cavadov 11 metrlik nöqtədən qapını dəqiq nişan ala bilmədi. Georgi Lomayanı məyus etməyi bacarmayan cütlük son 10 ildə 3-cü belə hadisənin yaşanmasına səbəb oldular.
Son 10 ildə bunadək iki belə hadisə yaşanmışdı. Sonuncu belə hadisə 2014-cü il fevralın 23-də qeydə alınıb. Həmin vaxt Qəbələdə eyniadlı komandanın futbolçuları Lorenzo Ebesilio və Leonardo da Silvanın zərbələrini “Rəvan”ın qapıçısı Lukaş Sapela dəf etmişdi.
2006/07-ci il mövsümünün V turunda Qəbələdə keçirilmiş “Gilan” – “Karvan” (1:4) oyununda da ev sahibləri 2 dəfə 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib. Həmin vaxt Samir Zərgərovla İbrahim Hüseynov “Karvan”ın qapıçısı Elxan Həsənovu məyus etməyi bacarmamışdı.
Amma dünənki “İnter” – “Sumqayıt” oyunu futbol tariximizə ilklə də düşdü. Meydan sahiblərinin yarımmüdafiəçisi Nika Kvekveskiri də rəqib həmkarları kimi penaltini boşa verdi. Düzdü, o, qayıdan topu qaıya ata bildi. Bununla belə, bu matç 3 penaltinin qola çevrilmədiyi ilk oyun kimi tarixə düşdü.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”