Premyer-liqa
Qurbanov Allahverdiyev, Hacıyev, Mircavadov və Tuayevi geridə qoydu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azər…
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə yeni rekordçu kimi düşüb. Futbolinfo.az xəbər verir ki, o, ardıcıl 3 dəfə komandası ilə ölkə çempionu olan ilk məşqçi olub.
Buna səbəb “Qarabağ”ın Topaz Premyer Liqasının 2015/16 mövsümünün çempionu olmaqla ardıcıl 3-cü dəfə qızıl medalları qazanmasıdır. Hər 3 zəfərin memarı olan Qurbanovadək heç bir məşqçi bunu bacarmamışdı. Ardıcıl 3 çempionluq əldə edən “Neftçi” isə 1 dəfə Arif Əsədov, 2 dəfə Böyükağa Hacıyevlə titula yiyələnib. Bunadək Kazbek Tuayev, Mehman Allahverdiyev, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Qurbanov ardıcıl 2 mövsüm çempion olmağı bacaran mütəxəssislər idi. Qurbanov seriyasını 3-ə çatdırmaqla şəriklərini arxada qoyub.
Ümumiyyətlə isə o, baş məşqçi kimi qazanılan qızıl medal sayında Hacıyevlə Allahverdiyevə çatıb – hərəsi 3 dəfə. “Üçlük” yalnız Ağasəlim Mircavadovla (5) Kazbek Tuayevdən (4) geri qalır. Digər 5 çalışdırıcı – Əhməd Ələsgərov, Qyoko Hacıyevski, Kaxaber Sxadadze, Valentin Xodukin və Arif Əsədovun hərəyə 1 uğuru var.
Azərbaycan çempionlarının baş məşqçiləri:
1992. Əhməd Ələsgərov
1993. Ağasəlim Mircavadov
1993/94. Kazbek Tuayev
1994/95. Mehman Allahverdiyev
1995/96. Kazbek Tuayev
1996/97. Kazbek Tuayev
1997/98. Mehman Allahverdiyev
1998/99. Mehman Allahverdiyev
1999/2000. Ağasəlim Mircavadov
2000/01. Ağasəlim Mircavadov
2001/02. yarımçıq qalıb
2003/04. Kazbek Tuayev
2004/05. Ağasəlim Mircavadov
2005/06. Böyükağa Hacıyev
2006/07. Ağasəlim Mircavadov
2007/08. Valentin Xodukin
2008/09. Qyoko Hacievski
2009/10. Kaxaber Sxadadze
2010/11. Arif Əsədov
2011/12. Böyükağa Hacıyev
2012/13. Böyükağa Hacıyev
2013/14. Qurban Qurbanov
2014/15. Qurban Qurbanov
2015/16. Qurban Qurbanov
1993. Ağasəlim Mircavadov
1993/94. Kazbek Tuayev
1994/95. Mehman Allahverdiyev
1995/96. Kazbek Tuayev
1996/97. Kazbek Tuayev
1997/98. Mehman Allahverdiyev
1998/99. Mehman Allahverdiyev
1999/2000. Ağasəlim Mircavadov
2000/01. Ağasəlim Mircavadov
2001/02. yarımçıq qalıb
2003/04. Kazbek Tuayev
2004/05. Ağasəlim Mircavadov
2005/06. Böyükağa Hacıyev
2006/07. Ağasəlim Mircavadov
2007/08. Valentin Xodukin
2008/09. Qyoko Hacievski
2009/10. Kaxaber Sxadadze
2010/11. Arif Əsədov
2011/12. Böyükağa Hacıyev
2012/13. Böyükağa Hacıyev
2013/14. Qurban Qurbanov
2014/15. Qurban Qurbanov
2015/16. Qurban Qurbanov