Bizi izləyin

Layihə

“Çinar”ın “kölgəsində”: “Kiməsə lazım olduğumuza inanmıram” – LAYİHƏ

Göyçayın bir komandası vardı – “Çina…

blank
Göyçayın bir komandası vardı – “Çinar”. Əvəlcə Həvəskarlar Liqası, ardınca 1-ci divizionun çempionu oldu. Artıq elitada çıxış etməyə hazırlaşırdılar…
 
Ancaq Azərbaycanın futbol ənənələrinə sadiq qalaraq bir göz qırpımında komanda tarixin yaddaşına köçdü. İndi yalnız uşaq komandalarının AFFA-nın bayrağı altında keçirdiyi yarışlarda var-gəl etməsiylə öyünür Göyçay. Öyünüləsi bir şey varsa…
 
Göyçaya səfərimizin məqsədi bu gün şəhərdə uşaq futbolunun durumunun vəziyyətiylə yerində tanış olmaq idi. Həmsöhbətimiz Olimpiya İdman Kompleksində U-10 – U-14 komandalarının baş məşqçisi, eyni zamanda UGUM-də metodist kimi fəaliyyət göstərən Elman Hüseynovdu.
 
– Göyçayda birvaxtlar “Çinar” klubu var idi. Elitaya vəsiqə qazandıqdan sonra tarixin yaddaşına köçdü. Həmin heyətdə hətta SSRİ-nin yeniyetmələrdən ibarət yığmasına dəvət alan futbolçu da olub. Amma indi…
– O vaxt oynayan uşaqlrın hərəsi bir başqa işlə məşğuldu. Heç biri məşqçilik etmir.
 
– Bunların fəaliyyətsizliyi öz səhlənkarlığıdı, yoxsa futboldan küsdürüblər?
– Bunu dəqiqliyi ilə söyləyə bilmərəm. Bəlkə də küsdürüblər. Amma qabiliyyətli məşqçi kimi fəaliyyət göstərə bilənləri var.
 
– Həmin şəxslərin işə düzəlməsi üçün ADBİTA-dan diplom almaqları mütləqdi?
– Bunun üçün çox güman ki, diplom tələb olunur. Kollec və ya universitet bitirməlidilər. Burada müəllim işləmək üçün diplom lazımdı. Hətta diplomun olub, kateqoriyasız da məşqçi işləmək mümkündü.
 
– Hazırda Göyçayın uşaq komandalarının vəziyyəti necədi?
– U-14 Liqasında final mərhələsinə çıxa bilmədik. Zona yarışlarını 4-cü yerdə bitirdik. U-13 komandamız pley-offa vəsiqə qazandı.  U-12 liqasında da bəxtsizlikdən çox irəli gedə bilmədik. Onlar da öz zonasında 5-ci yerlə kifayətləndilər. 10 və 11 yaşlılarımız öz liqasında 2-ci yerə çıxıb pley-offda məğlub oldu.
 
– Gələcək prespektiv nə vəd edir?
– Hazırda kənd məktəblərini də əməkdaşlığa cəlb etmişik. Ötən həftələrdə məşqçi-müəllimlərlə söhbətlərimiz olub. Çox güman ki, növbəti çempionatda yaxşı nəticələrimiz olacaq.
 
– Seleksiya işlərinə start verilib?
– Bəli, mayın sonuna kimi komandaların tərkibləri müəyyənləşəcək. Kəndlərdə idman məktəbimizin məşqçiləri var ki, onlar orada məşq keçəcək.
 
– Bu səpkidə avadanlıqla bağlı problemləriniz yoxdu?
– Ləvazimatlarımız yoxdu, bunun üçün yaxın günlərdə AFFA-ya müraciət olunacaq.
 
– Əməkdaşlıq proqramı Göyçayın bütün kəndlərini əhatə edəcək?
– Xeyr, məşqçilərimiz Çərəkə və Ləkçbulaq kəndlərində fəaliyyət göstərəcəklər. Həmin kəndlərdə münasib meydanlar var.
 
– AFFA həm paytaxtda, həm də bölgələrdə çoxsaylı süni örtüklü meydançalar salır. Bu tip meydançalar Göyçayın kəndlərinə planlaşdırılırmı? Bununla bağlı müraciət etmək fikriniz varmı ki, kəndlərdə də quraşdırılsın?
– Kəndlərdə quraşdırılsa, əla olardı. Uşaqlar üçün balaca meydançalar əlverişlidi.  Amma bizdə olan meydançalar 70×110-a olan ölçüdədi. Qapıların da ölçüsü 7 metrədi. Bu tip bir meydança var Göyçayda.  O da 10 il öncə salınıb, indi də bərbad vəziyyətdədi. Bir neçə il öncə dəyişdirilməsi ilə bağlı müraciət etdik, hələ də AFFA-dan cavab gözləyirik.
 
– Süni meydança onsuz da zədəyə təkan verir. Üstəlik, yararsız xalçada uşaqları məşq etdirmək risk deyil?
– Əlbəttə, riskdi. Əli Kərim adına staionumuz əvvəl AFFA-nın balansında idi, sonradan ordan çıxarılıb. Köməkçi və geniş meydançaları var. Köməkçi meydançada nəsə etməyə çalışırıq. Amma yenə də bəzi çatışmayan şeylər var. Yaxşı olardı ki, Coca-Colanın nəzdnində olan meydançalardan düzəltsinlər. Yenidən assosiasiyaya müraciət edəcəyik ki, heç olmasa, minimum tələblərə cavab verən şərait yaratmaqda bizə kömək göstərsinlər.
 
– Konkret kimə müraciət edirsiniz?
– AFFA prezidentinə.
 
– O da yəqin ki, kiməsə yönləndirir…
– Yəqin ki…
 
– Bəs bununla maraqlanmırsınız ki, ərizəniz kimin stolunda ilişib qalıb?
– Coca-Cola meydançaları üçün müraciət etmişdik, dedilər sizə cavab veriləcək. 3-4 dəfə zəng etmişik, dedilər məktublar da stolun üstündədi amma cavab yoxdu.
 
– Axı, bu cür meydançada futbol oynamaq təhlükəlidi…
– Razılaşmaya bilmirəm, amma elə bir imkana sahib deyiləm ki, öz hesabıma meydança saldırım.
 
– Demirik ki, öz hesabınıza edin. AFFA-nı silkələyin, gərəksiz, faydasız “top festivalları”na boş-boş pul xərcləyirlər, yalandan da deyirlər ki, bölgə futboluna diqqət ayırırıq.
– Vallah, müraciət etmişik, yenə edərik. Ancaq əlimizdən başqa nə gəlir ki?
 
– Top, forma – bu tipli məsələlər nə yerdədi?
– Hər il bütün liqalar üçün 1 komplekt forma verilir. Hər komandaya 5 top verilir.
 
– UGİM-lərin yarışında çox vaxt texniki məğlubiyyətlər qeydə alınır. Sizdə komandanı aparmadığıız vaxt olub?
– Olub. Meydanda 9 nəfər olmalıdı, amma 8 oyunçumuz olub. Müəyyən səbəblərdən uşaq gəlməyib.
 
– Olubmu ki, əvvəldən müraciət edəsiniz, oyunlarınız təxirə salınıb?
– Olub, nar bayramı vaxtı güzəşt edilib.
 
– Bəs, uşaq az yığılanda müraciət edilməyib?
– Olub ki, uşaqlarla axşam danışırıq, vaildeynləri icazə verir, amma səhər görürəm ki, gəlməyiblər. Hərdən qapı-qapı uşaq da yığmışam.
 
– Bunun cəza mexanizmi varmı?
– Belə olanda da valideynlər uşaqlarını futboldan çıxarırlar. Əks-effekt verir.
 
– Uşaqların təlim-məşq toplanışları 2 ayda bir dəfə də olsa, təşkil edilirmi?
– Planlaşdırmışıq, amma hara müraciət edəcəyimizi bilmirik ki, bizə kömək edilsin.
 
– Xərci hesablanıb?
– Dəqiq yox, amma təxmini hesablamışdım, hər yaş qrupuna 1 həftəlik toplanış üçün 1000 manata yaxın pul lazımdı.  Bunun xeyli xeyri dəyərdi. Uşaqlar da daha həvəslə məşqlərə, oyunlara qatılardı.
 
– Bunun üçün AFFA, Göyçay İcra Hakimiyyəti və AGİN-ə müraciət etməyi düşünürsünüz?
– İnanmıram ki, kimsə bizə pul ayıra, müraciət etmək fikrim yoxdu.
 
– Regionlarda futbolun inkişafı sahəsinə birbaşa cavabdeh şəxs İsgəndər Cavadovdu. Göyçaya neçə dəfə səfər edib?
– Heç bir dəfə də olsun gəlməyib.
 
– Cavadovun rəhbəri olduğu Regional Futbol Federasiyasından da Göyçaya gələn olmayıb?
– Xeyr, heç vaxt gəlməyiblər.
 
– Göyçayın uşaq komandaları Mərkəz Regionunda mübarizə aparır. Bu regionun federasiyasının rəhbəri necə,Göyçaya tez-tezmi baş çəkir?
– Heç onun kimliyini bilmirik.
 
– Tabeçiliyndə olan 9 rayonu 1 il ərzində gəzmək zülmdü?
– İşləri budusa, gəzməldilər. Uşaq futbolunun inkişafını istəyirlərsə, gəzib maraqlanmalıdılar. İndiyə kimi heç kimi görməmişəm.
 
-Bu gedişlə yaxın illərdə çətin ki, Göyçaydan futbolçu çıxa…
– Onsuz da işləyib, çalışırıq. Biz də istəyirik ki, uşaq yetişdirib, “Qəbələ” kimi şəraiti olan kluba verək, maddi cəhətdən köməklik edilsin. Amma şəraitimiz yoxdu. İsetdadlı uşaqlarmız var, 2006-07 təvəllüdlüdülər. Ancaq sahib duran yoxdu. Heç kim maraqlanmır. Açığı, kiməsə lazım olduğumuza heç inanmıram da.
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm