Milli komanda
"Azərbaycan yığması barədə oyundan sonra daha ətraflı məlumatım olacaq"
Belçikanın 17 yaşadək futbolçulardan ibarət yığma …
Belçikanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Tyerri Siqe mayın 5-21-i aralığında Bakıda keçiriləcək Avropa çempionatı öncəsi fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, o, öncə ilk oyuna diqqət ayırdıqlarını deyib:
“Azərbaycan yığması ilə 3-cü matçda üz-üzə gələcəyik. İlk görüşümüz sabah Şotlandiyaya qarşı olacaq. Bütün diqqətimizi həmin matça yönəltmişik. Azərbaycan yığması barədə sabahkı oyunlardan sonra daha ətraflı məlumatım olacaq. İki dəfə final mərhələsinə ilk pillədə yollanmışıq. Amma bu dəfə rəqiblərimiz tam fərqlidi”.
Qeyd edək ki, belçikalılar A qrupunda Portuqaliya, Şotlandiya və Azərbaycan yığması ilə mübarizə aparacaqlar. Siqe yetirmələrini ilk olaraq sabah Şotlandiya ilə görüşdə sınayacaq.