Ölkə futbolu
Elxan Məmmədovun nəzərinə…
Bakıda keçirilən 17 yaşlılar arasında Avropa çempio…
Bakıda keçirilən 17 yaşlılar arasında Avropa çempionatının final mərhələsi davam edir. Bu gün fasilə olan yarışda ilk turun oyunları keçirilib və artıq nəticələrlə tanışsız.
Amma dünən “Dalğa Arena”da keçirilən 2 oyun mətbuatın diqqətindən kənar qaldı. Oyunların Mərdəkanda keçirilməsi bunun əsas səbəbidi.
“Futbolinfo” bütün oyunları işıqlandırmaqda qərarlıdı və digər 6 matçda ən yaxşı şəkildə təmsil olunub. Hətta elə matçlar var ki, bütün mətbuat diqqət yetirmədiyi halda belə, bizim əməkdaşlar həmin oyunlarda olub. İlk turun bir neçə matçında jurnalistlərin yoxluğu üzündən mətbuat konfransı da baş tutmayıb və baş məşqçilər yalnız bizim əməkdaşlarla ayaqüstü danışmalı olub.
Mətbuatın bu yarışa belə biganə münasibətində AFFA da günahkardı. KİV-in maddi durumu bəllidi, bir çox həmkarlarımızın oyunlara getmək üçün də imkanı yoxdu. “Futbolinfo” imkan daxilində bu çətinliklrə sinə gərir. Lakin Mərdəkana getmək bizim də imkanımız xaricindədi. Hansısa əməkdaşımız gözdən-könüldən uzaq “Dalğa Arena”ya gedib-qayıtması üçün aylıq qazancının 10 faizindən keçməlidi.
Matçlardan sonra mətbuat konfranslarının keçirildiyini, onları hazırlayıb sayta yerləşdirməyin də xeyli vaxt apardığını nəzərə alsaq, Mərdəkandan şəhərə qayıtmaq üçün saat 23.00-23.30-a kimi ləngimək məcburiyyətindəyik. Həmin vaxt isə stadion yaxınlığında nəinki ictimai nəqliyyat, heç taksi də tapmaq mümkün olmur, küçələrdə yalnız sahibsiz itlərlə üz-üzə gəlirik. Xərc bir yana, faktiki metroya möhtac jurnalistlərin evinə dönmək şansı qalmır. Elə bu səbəbdən də digər KİV nümayəndələri kimi “Futbolinfo” da “Dalğa Arena”dakı oyunlara əməkdaşlarını ezam edə bilmir.
Hələ qarşıda 2 tur və pley-off mərhələsinin matçları var. Problemdən çıxış yolu kimi AFFA-nın tədbir görməsi lazımdı. Həqiqətən qitə çemponatının təbliğini istəyirsə, baş katib Elxan Məmmədov media əhli üçün, heç olmasa, nəqliyyat ayrılmasına göstəriş verməlidi. UEFA-nın yarış üçün ayırdığı vəsaitdə yəqin ki, bu nüanslar nəzərə alınıb. Başqa umacağımız yoxdu, sadəcə, evimizə sağ-salamat çatmaq üçün nəqliyyat probleminin aradan qaldırılmasını xahiş edirik. Əlbəttə, əgər sizə Azərbaycanın imicinin daha da yaxşılaşdırılmasına xidmət edən bu çempionatın təbliğatı lazımdısa…
VÜSAL MAHMUDOV
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu