Müsahibə
Robert Prosineçki: "Çempionatda geriləmə hiss olunur"
Topaz Premyer Liqasının 33-cü turu çərçivəində…
Topaz Premyer Liqasının 33-cü turu çərçivəində keçirilən "Neftçi" – AZAL oyununun fasiləsində milli komandamızın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandlrıb. Futbolinfo.az xorvatiyalı mütəxəssisin cavablarını diqqətinizə çatdırır.
– İlk olaraq, izlədiyimiz oyunun ilk yarısı barədə fikirlərinizi bilmək maraqlı olardı…
– "Neftçi" daha inamlı təsir bağışlayır. AZAL-ın qapısından 3 cavabsız top keçirməsi bunun bariz nümunəsidi. "Təyyarəçilər"in cari mövsümdə xeyli qələbəsii olub. Nə etmək olar, bu gün də belə alınır.

– AZAL-ın heyətində bəyəndiyiniz və milliyə namizəd oyunçu varmı?
– Təəssüf ki, bu gün oyunda iştirak etmir. Murad Səttarlı diqqət mərkəzimdədi.

– U-17 yığmamızın Portuqaliya ilə görüşdə 0:5 hesablı məğlubiyyəti barədə nə deyə bilərsiniz?
– Portuqaliyanın olduqca güclü heyəti var. Onlar nəinki Azərbaycanla oyunda, nəinki qrupda, ümumiyyətlə, Avropa çempionatının favoritidilər. Hesaba gəlincə, ilk 3 qolu hədiyyə etdiyimizi düşünürəm. Ümid edirəm növbəti görüşlərdə daha uğurlu nəticələr əldə edəcəyik.

– U-17 yığmamızdan hansı nəticəni gözləyirsiniz?
– Sabah Belçikayla çətin oyun var. İndidən proqnoz verməkdə çətinlik çəkirəm. Ancaq psixoloji baxımdan 0:5 hesablı məğlubiyyətdən sonra toparlanmaq olduqca çətin olacaq.

– Ölkə çempionatı finişə yaxınlaşır. Cari mövsümü necə dəyərləndirərdiniz?
– Ötən çempionatla müqayisədə geriləmə hiss olunur. Ötən mövsüm bir neçə iddialı komandanın mübarizəsinə şahidlik edirdik. Təəssüf ki, indi belə deyil.

– Yığma komandada hücumçu qıtlığı olduğu bir zamanda, Amil Yunanovun dəvət olunmamasına son qoyacaqsınızmı?
– Şərəfini qoruduğu "Sumqayıt" çox pis oynayır. Yığma komandaya cəlb olunacaq kifayət qədər futbolçu var. Götürək Dmitri Nazarov, Rəhman Hacıyev, Elvin Camalovu. Olduqca xoş təsir bağışlayırlar.

– Ya sualı anlamadınız, ya da Amil Yunanovun mövqeyindən xəbəriniz yoxdu. Söhbət hücumçudan getdiyi bir vaxt, yarımmüdafiəçilərin adlarını sadalamaqda nə lüzum?
– Təəssüf ki, tələblərimizə cavab verən hücumçularımız yoxdu. Amilə gəlincə, düşünmürəm ki, yığma səviyyəsində oynaya bilən futbolçudu.

– Belə qənaətə gəlmək olar ki, yaxın gələcəkdə heç nəyə ümid etməyək?
– Düşünürəm ki, Azərbaycan əvvəlkindən daha yaxşı futbol oynayır. Çalışacağıq ki, bundan da yaxşı olsun. Qrupdakı rəqiblərimizə diqqət yetirin: hamısı final mərhələsinə vəsiqə qazanıb. Almaniya isə ümumiyyətlə, bütün mundialların favoritidi.

– Deməli, San-Marinodan başqa heç bir oyundan qalib ayrılacağımıza ümid etməyək?
– Niyə ki? Norveçlə, Çexiyayla oyunlarda da qələbə qazana bilərik.

- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”