Müsahibə
Qara Qarayev: "Bizim işimiz çempionatla bitmir"
Topaz Premyer Liqasının 33-cü turu çərçivəsind?…
Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən “Qarabağ” – “Sumqayıt” (1:0) matçından sonra ağdamlıların yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin cavablarla tanış edir:
– Qələbə seriyasını davam etdirirsiniz. Artıq çətin deyil?
– Yaxşı hazırlaşmaq üçün vaxtımız az oldu. Buna baxmayaraq, qələbə qazanmaq bizim üçün vacib idi. Meydana da tam heyətlə çıxmışdıq. Bugünkü 3 xal “Qarabağ”ın gələcək planları ilə üst-üstə düşdü.

– Bu qələbənin əhəmiyyəti nədədi?
– Oyun təcrübəsini qorumaq, eləcə də qələbə ruhunu saxlamaq baxımından bugünkü oyun çox vacib idi.

– “Qarabağ” çempionatda məqsədinə çatıb. Belədə oyunlara köklənmək çətin olmur?
– Məqsədimizə çatsaq da, çempionat bitməyib. Üstəlik, bizim işimiz çempionatdan sonra da davam edəcək. Yığmanın oyunları, ardınca Çempionlar Liqasına hazırlıq gəlir. Mümkün qədər oyun təcrübəmizi qorumalıyıq.

– Amma əvvəlki istək yoxdu..
– Ola bilsin, istək bir az azalsın. Ancaq qələbə ruhunu qorumaq üçün çalışmalıyq. Ən vacibi də budu.

– Mövsümü yenə ən gec başa vuran iki komandadan biri “Qarabağ” olacaq. Kubokun finalı haqda nə düşünürsən?
– Elə kubok oyununda da yaxşı çıxış etmək üçün formadan düşməməliyik. Yəni yaxşı hazırlaşmasaq, ardıcıl məğlubiyyətlər alsaq, finalda çətin olacaq. Biz də çalışırıq buna yol verməyək.

– Ötənilki final təkrarlana bilərmi?
– “Neftçi” bizdən daha istəkli olacaq. “Qəbələ” ilə yarımfinal oyununda bunu ortaya qoydular. Avrokuboklara getmək üçün rəqibimiz maksimum güc sərf edəcək. Biz də onlarla duelə hazır olmalıyıq. Final oyunu çətin keçəcək.

– Finalda “Qəbələ” ilə qarşılaşmaq münasib olardı, yoxsa elə “Neftçi” yaxşıdı?
– Bizim üçün kiminlə qarşılaşmağımızın fərqi yoxdu. “Qəbələ” düşsəydi, onlara uyğun hazırlıq keçəcəkdik. Bu dəfə “Neftçi”ni nəzərə alıb, hazırlaşacağıq.

– Həlledici oyunun keçiriləcəyi stadion hələ dəqiqləşməyib. Matçın hansı arenada baş tutmasını istərdin?
– PFL prezidenti Ramin Musayev Masazırdakı "Əlincə" stadionunun mümkünlüyünü deyib. Mən də bu fikri dəstəkləyirəm. Əsas odur ki, arena oyun üçün hazır olsun.

ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”