Bizi izləyin

Milli komanda

Həsənov səhvini düzəldəndə…

Eyforiyaya qapılmayaq. Belçika ilə oyunda qazanılan xal, vur…

blank
Eyforiyaya qapılmayaq. Belçika ilə oyunda qazanılan xal, vurulan qolla missiynın bitdiyini, vəzifənin öhdəsindən gəlindiyini düşünməyək.
17 yaşlılardan ibarət milli komandalar arasında Avropa çempionatının final mərhələsində millimizin növbəti matçı bütün suallara aydınlıq gətirməsə də, çox mətləbi aşkar şəkildə ortaya qoydu. Bu xalqın övladlarına “futbol oynaya bilmirlər” damğası vurmağa çalışan məşqçilər, idarəçilər yapışdıqları saman çöpüylə xilas olmalarına görə məhz onlara minnətdar olmalıdı. Şotlandiya ilə oyunöncəsi qrupdan çıxmaq şansımız qalırsa, buna görə məhz futbolçulara minnətdar olmalıyıq.
Belçika ilə matçda döyüşkən, nə etdiyini bilən, aqressiv Azərbaycan yığması gördük. Portuqaliya ilə matçda 0:5 hesablı yenilgi hamını, o cümlədən baş məşqçi Təbriz Həsənovu silkələmişdi. İlk matçda hətta sarı vərəqəylə cəzalandırılacaq qədər cəsarətli olmayan yeniyetmələrimiz dünənki oyunda ayaq çatmayan yerə baş qoydu, xalı alın təri hesabına qazandı. Qapıçımızın timsalında hətta ölümü gözə alan futbolçularımız düzgün qurulan heyətin, taktikanın yerinə yetirilməsi üçün hər şey etdi.
Belçika Bakıya toplaşan millilər içində ən yaxşılardan biridi. Son turda Portuqaliyaya uduzmamaqla da qrupdan çıxması mümkün olacaq bu komandanı büdrətmək sıradan hadisə deyil. “Oyunçumuza qırmızı vərəqə verilsə və ya rəqibin zərbəsi dirəkdən dönməsəydi” tipli şərhlərə diqqət etməyin. Ona qalsa, bizimkilərin də daha real şansları var idi. Futbolçularımızın əməyinin üstündən xətt çəkmək olmaz, həqiqətən komandamız qələbəyə layiq oyub göstərdi.
Bəs, 2 günə nə dəyişdi ki, Portuqaliya qarşısında pərən-pərən düşən futbolçular belə futbol oynadı? Səbəbi yenə məşqçilərdə və idarəçilərdə axtarmalıyıq. Start heyətində edilən 3 dəyişiklik komandanın əsl gücünün müəyyənləşməsində birbaşa rol oynadı. Azərbaycanlı balalarının yerini əlindən almaq üçün rəhbərlik tərəfindən gətirilən türkiyəlilərin səviyyəsini müzakirə belə etməyə dəyməz. Çünki oyundakı artım Elçin Əsədovun müdafiənin önünə çəkilməsi və Yusif Həsənov, Süleyman Əhmədov, Pilağa Mehdiyevin start heyətinə daxil edilməsi nəticəsində reallaşdı. Deməli, tənqidlər hədəfə dəyib və nəticə çıxarılıb.
Heç birinin heyətdə oynaması lazım gəlməyən türklərdən birinin ehtiyatda göndərilməsi həlledici factor oldu. Bu zaman Pilağa hücumdakı oyunu canlandırdı, Murad Mahmudov qol vurdu və daha bir yüzfaizli şans qazandı. Halbuki ilk matçda “çərçivə”ni hətta “görə bilməmişdik”. Rəqibin vurduğu qolda da birbaşa legionerin günahkar olduğunu nəzərə alsaq, yerlifutbolçuların hansı tapşırığı alın aşıqlığı ilə yerinə yetirdiyini görərik. Yetər ki, öz insanımızın qədrini bilək.
Həsənovun ilk oyundan sonrakı mətbuat konfransında dediklərini heç cür bağışlaya bilmirəm. O, faktiki özümüzküləri aşağılayaraq, “bizdə bu səviyyədə oynayacaq futbolçular yoxdu” deməklə böyük səhvə yol vermişdi. Dünən azərbaycanlı balaları yəqin ki, onu utandırdı. Təbriz bəy səhvini düzəltdi, amma yaxşı olardı ki, bunu ictimai qınaqdan, mətbuatın tənqidindən sonra yox, özü görərək edərdi. İndi mən əminəm ki, milli komandaya çağırılmayan, tapşırılmayan neçə-neçə istedadlı gəncimiz bu yarışa tamaşaçı kimi baxmağa məcburdu.
Belçikayla oyun bitdi, lakin missya bitməyib. Dünənki matç göstərdi ki, bu səviyyədə qarşılaşmalarda qalib gəlməyə qadir futbolçularımız var. Şotlandiyanı yenmək daha asan olmalıdı. Həsənov komandanı yaxşı hazırlaşdırsa, düzgün seçimlər etsə, qrupumuzun autsayderini rahatlıqla yenməliyik. Həm də futbolçularımız elə hesaba nail olmalıdı ki, qrupdakı taleyimizin özümüzə aid olan hissəsini həll edək. Portuqaliya qələbə qazansa, bizimkilər lazımi nəticəni əldə edə bilməsələr, məsuliyyət yenə də məşqçilərin və idarəçilərin boynunda qalacaq. Ona görə də eyforiyaya qapılmaq üçün tezdi, hələ daha yaxşısına nail olmaq üçün şans var. Dünən əldən çıxan qələbəyə görə göz yaşı axıdan azərbaycanlı (legionerlər yox ha – red.) balalarını ruhdan salmağa heç kimin haqqı yoxdu.
FƏRİD
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-10 22:23

“Neftçi”dən darmadağın – VİDEO

blank
Ölkə futbolu2024-05-10 22:00

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

blank
Premyer-liqa2024-05-10 21:30

Adil Şükürov: “Gələcək oyunlar üçün dərs çıxarmalıyıq”

blank
Premyer-liqa2024-05-10 20:53

“Neftçi”dən əzmkar qələbə

blank
Ölkə futbolu2024-05-10 20:37

Kvirkviya mükafatlandırıldı

blank
Ölkə futbolu2024-05-10 20:19

Masazırda mövsümün son ev oyununda “Sabah” azarkeşləri üçün sürprizlər

blank
Dünya futbolu2024-05-10 20:02

Dubla imza atdı, həftənin ən yaxşısı seçildi

blank
Dünya futbolu2024-05-10 19:48

ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi

blank
Dünya futbolu2024-05-10 19:33

Avroliqada həftənin futbolçusunun adı açıqlandı

blank
Dünya futbolu2024-05-10 19:18

Türkiyədə işləmiş mütəxəssis “Ayaks”ı çalışdıra bilər

blank
Dünya futbolu2024-05-10 19:00

Premyer Liqada aprel ayının ən yaxşı baş məşqçisi və futbolçusu bəlli oldu

blank
Dünya futbolu2024-05-10 18:39

İlin ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-10 18:20

Azərbaycan samboçuları AÇ-ni 3 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-10 18:01

“Kəpəz”də 7 itki

blank
Digər idman növləri2024-05-10 17:43

Yeddiqat dünya çempionu mövsümün ən yaxşısı elan edildi

blank
Dünya futbolu2024-05-10 17:25

Kasilyasdan Luninə dəstək

blank
Digər idman növləri2024-05-10 17:07

Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq şahmat turnirində iştirak edəcək

blank
Müsahibə2024-05-10 16:51

“Qəbələ” mövsümün əvvəlindən bu strategiyanı icra etsəydi…” – Arif Əsədov

blank
Dünya futbolu2024-05-10 16:37

AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO

blank
Ölkə futbolu2024-05-10 16:20

Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”

blank
Digər idman növləri2024-05-10 16:05

Ərəblərin pulu ilə Amerikada yeni liqa yaradılır

blank
I Liqa2024-05-10 15:51

I Liqada 26-cı turun oyun cədvəli bəlli oldu

blank
Ölkə futbolu2024-05-10 15:36

“Masallı”ya texniki məğlubiyyət verildi

blank
Ölkə futbolu2024-05-10 15:20

ÇL: Yeni mövsüm üçün format və oyun cədvəli

blank
Digər idman növləri2024-05-10 15:02

Bakıdakı Dünya Kubokunda növbəti qaliblər müəyyənləşdi

blank
Dünya futbolu2024-05-10 14:45

“Atalanta” onu birdəfəlik alacaq

blank
Ölkə futbolu2024-05-10 14:30

Rəqibini vuran futbolçu sərt cəza aldı

blank
I Liqa2024-05-10 14:19

Budaq Nəsirova 4 oyunluq cəza verildi

blank
Ölkə futbolu2024-05-10 14:08

AFFA-dan Gəncədəki dava ilə bağlı sərt cəza

blank
Digər idman növləri2024-05-10 13:55

Formula 1-in gəliri ötən illə müqayisədə 45% artıb

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm