Ölkə futbolu
Xaqani Məmmədov erası bitdi, yeni sədr gəlir
Topaz Premyer Liqasında cari mövsüm bitən kimi AFFA Hakiml…
Topaz Premyer Liqasında cari mövsüm bitən kimi AFFA Hakimlər Komitəsi tarixin yaddaşına köçəcək. Beləliklə, narazı klubların canı sədr Xaqani Məmmədovdan qurtulacaq.
Yeni qaydalara əsasən, heç bir milli futbol assosasiyasında 2 komitə olmamalıdı. UEFA-nın tələbinə görə, Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birgə fəaliyyət göstərməlidi. AFFA da bununla bağlı konvensiyaya qoşulub və indi tələblərə boyun əyməlidi.
İyunda yaradılacaq Hakim və Hakim-İnspektorlar Komitəsinin rəhbəri də indidən bəllidi. Martda AFFA-nın növbəti konfransında gözlənilmədən istefaya göndərilən Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovu əvəzləyən Əli Hüseynov deyəsən, elə bu məqsədlə gətirilib. O, işinə indidən başlayıb. Bizdə olan bilgiyə görə, artıq Hakimlər Komitəsinin iclaslarını da Hüseynov aparır.