Milli komanda
Millimizin DÇ-dəki bütün potensial rəqibləri bəlli oldu
Bu il Kolumbiyada keçiriləcək futzal üzrə dünya &c…
Bu il Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatının final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, mundiala vəsiqə qazanan son dörd komanda Kosta-Rika, Kuba, Qvatemala və Panama olub.
Beləlilklə, DÇ-2016-da aşağıdakı 24 kollektiv mübarizə aparacaq: Azərbaycan, Avstraliya, Argentina, İran, Tailand, Özbəkistan, Vyetnam, Solomon adaları, Braziliya, Kolumbiya, Paraqvay, Rusiya, Qazaxıstan, Ukrayna, Portuqaliya, İspaniya, İtaliya, Misir, Mərakeş, Mozambik, Kosta-Rika, Kuba, Qvatemala və Panama.
Qeyd edək ki, DÇ-2016 sentyabrın 10-dan oktyabrın 1-nə qədər Kolumbiyanın üç şəhərində keçiriləcək.