Bizi izləyin

Layihə

“Eddi İsrafilov” “İnter”də – LAYİHƏ

“İnter Arena”da hər gün futbol var. Bu stadionun b&…

blank
“İnter Arena”da hər gün futbol var. Bu stadionun bütün meydançalarında qızğın iş gedir, hamı topla nəfəs alır.
 
Əsas və əvəzedici komandaların, eləcə də burada çıxış edən divizion klublarının məşqləri, oyunları arenanı “darıxmağa qoymur”. Günün istənilən saatında zərbə səsi, “qol” qışqırtısı, məşqçi tapşırığı eşidə bilərsən.
 
Stadionu daim qaynar futbol həyatında saxlayan isə uşaq komandalarıdı. Burada yeniyetmələrlə o qədər fəal məşğul olurlar ki, bəzən bir meydanı 2-3 yerə bölmək lazım gəlir. Necə deyərlər, həvəs, iş çoxdu, şərait isə istənilən səviyyədə deyil.
 
Dünən yenidən bu arenaya baş çəkib, uşaq komandalarına diqqət yetirmək istədik. Stadion ərazisindəki kafenin, paltardəyişmə otaqlarının, eləcə də 3-cü meydançanın yenidən qurulması üzündən “İnter Arena” böyük inşaat platformasına bənzəyirdi. Klub rəhbərliyi infrastrukturu yaxşılaşdırmaq məqsədi ilə bu addımı atır və işlər yekunlaşandan sonra uşaqların hazırlaşması üçün daha yaxşı imkanlar olacaq.
 
“İnter Arena”da olduğumuz vaxt əla mənzərə vardı.
Əsas meydanda “İnter” və “Xəzər Lənkəran” növbəti çempionat oyununun son hazırlığında idi.
2-ci meydançada uşaq komandaları arasında növbəti oyun keçirilirdi.
3-cü meydançada təmir işləri gedir və tezliklə bura da tam istifadəyə veriləcək.
4-cü meydançada qələbəlik idi, yüzlərlə uşaq növbəti məşqə hazırlaşırdı.
blankblank
 
Əsas diqqəti elə sonuncu qeyd etdiyimiz məkana yönəltdik. Valideynlərin əhatəyə aldığı meydanda eyni vaxtda 5 komanda hazırlaşırdı. Təmir işləri üzündən məcbur qalıb meydanı 5 yerə bölən məşqçilər şikayətçi deyildi. Onlar bunun müvəqqəti olduğunu bilir və əllərini işdən soyutmurdular. Arif Əmirxanov (U-19) növbəsini gözləyirdisə, Eldar Ağaxanov (U-13), Vəli Hüseynov (U-12), Xəyal Mustafayev (U-17) iş başında idi. Azər Cabbarov da “İnter”in qızlardan ibarət komandasını hazırlaşdırırdı.
 
İlk baxışdan görünürdü ki, “İnter”in sabahı etibarlı əllərdədi, komandada istedadlı uşaqlar var. Məşqçilər də onların biliklərini artırması üçün bütün bacarığını ortaya qoymuşdu. Futbolçulara yeni oyun elementləri öyrədilir, onlara hər xırda detal yerindəcə başa salınırdı.
 
Meydanın uzaq küncündə bir komanda da var idi. “İnter”in geyim dəstində olmayan bu futbolçular diqqətimizi çəkdi. Maraqlandıq, məlum oldu ki…
blankblank
 
…“İnter” artıq pullu qruplar da yaradıb. Heyətə düşməyən balacaların küçələrdə qalmaması üçün onlara əlavə şərait yaradılıb. Valideynləri kiçik ödəniş etməklə onların hazırlaşmasında maraqlıdılar. Bu oyunçuların içində özünü yaxşı tərəfdən göstərənlər “İnter”ə cəlb olunur. Bununla həm klub qazanır, həm də balacalar pis vərdişlərdən uzaq olur, futbolla nəfəs alır. Valideynlər də bu durumdan məmnundu, pullu qruplardan neçə-neçə uşağın klub komandalarına düşməsi faktı onları ümidləndirib.
 
“İnter” pullu qruplarda çalışanlar üçün toplanışlar da təşkil edir. Valideynlərlə söhbətdə bəlli oldu ki, yaxın günlərdə bu uşaqlar Gürcüstana aparılacaq. Bu isə onu göstərir ki, “İnter” onlara yalnız qazanc mənbəyi kimi baxmır, həqiqətən də uşaq komandalarını gücləndirəcək potensial oyunçular yetişdirir.
 
Ödənişli qrupda toplaşan futbolçular müxtəlif klubların geyimində idi. Messi və Ronaldonun formaları çoxluq təşkil etsə də, diqqətimizi “Qranada” formalı bir uşaq çəkdi. Millimizin üzvü Eddi İsrafilovun köynəyini geyən bu balaca kimdi, görəsən?
blank
 
Dəqiqləşdirdik, valideynini tapdıq, bəlli oldu ki, bu uşaq Eddinin xalası oğludu, bu formanı da futbolçu özü hədiyyə edib. Natəvan İsrafilova müsahibə vermək istəmədi, ancaq şifahi söhbətdə hər şeyi danışdı. Hətta Eddinin anası olan bacısı İradə xanıma zəng vurub ondan icazə də aldı.
 
Natəvan və İradə İsrafilovalar bakılıdı. İradə xanım Bakıda təhsil almış anqolalı hərbçiylə ailə qurduqdan sonra İspaniyaya köçüb. Bu isə onların Azərbaycana bağlı olmalarının göstəricisidi. Bacılar özləri də beynəlmiləl ailənin üzvləridi: ataları azərbaycanlı, anaları belarusdu. Eddinin nənəsi indi xəstədi və mayın 24-də Bakıya gələcəyi gözlənilən Eddinin qapını açıb onu qucaqlayacağı günü gözləyir.
 
Natəvan xanımın həyat yoldaşı Bakıda yaşayan rusdu. Onların övladı Aleksandr Prikrostov “İnter”in uşaq komandalarına düşmək üçün ödənişli qrupda məşq edir. Eddinin xalası oğluna hədiyyə etdiyi forma indi ona qısa qalır və Aleks də qohumunun növbəti səfərini gözləyir. Axı, bu dəfə ona yeni klubu “Kordoba”nın köynəyini gətirməlidi.
blank
Eddi qardaşı Alexandro ilə – "Kordoba" formasında
 
2003-cü il təvəllüdlü Alekslə qısaca söhbətləşdik.
 
– Məşqləriniz necədi?
– Yaxşıdı. Hazırlaşırıq.
 
– Eddi ilə tez-tez görüşürsən?
– Xeyr, elə də tez-tez görüşə bilmirik. O, İspaniyada olur.
 
– Burada qalmaq fikrin var, yoxsa Eddi səni də yanına – İspaniyaya aparır?
– Yox, getmirəm. Hələ ki, buradayam.
 
 Aleks hələ ki, buradadı, “İnter”in uşaq komandasına düşmək, sonra əsas heyətə və milli komandaya yüksəlmək fikrindədi. Elə səylə çalışan digər uşaqlar kimi…
 
…Məşq yerini tərk edərkən artıq əsas arenada oyun başlamışdı. “İnter” qısa zamanda cənubluların qapısına 2 qol vurdu. Bundan artığına bacarmadılar, hətta bir top da buraxdılar. Həmin vaxt meydanda 6 əcnəbi var idi, qollardan birini də elə legioner vurdu. Bu vaxt az öncə məşqini izlədiyimiz uşaqlar da tribunalarda yer almışdı. Bəlkə də arzulayırdılar ki, tez böyüyək, komandaya kömək edək, “İnter”i legioner asılılığından qurtaraq.
blankblank
Eddinin ailəsi                      İsrafilova bacıları
 
FƏRİD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Premyer-liqa2024-04-13 16:30

“Qəbələ” “Turan Tovuz”a qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm