Bizi izləyin

Layihə

Valideyn vədi: “Oğlum Kamran Ağayevdən yaxşı qapıçı olacaq” – LAYİHƏ

İlkin Rzayev “staj”lı azarkeşlərdəndi. Bir neç…

blank
İlkin Rzayev “staj”lı azarkeşlərdəndi. Bir neçə il öncə ölkə çempionatının əksər oyunlarında tribunalarda olardı. “Kəpəz”ə görə yağışa, qara baxmadan oyunlara gedərdi. Sonradan ona doğma olan bölgənin komandası “Xəzər Lənkrəan” yarandı, Gəncə futbolunda böhran yaşandı və İlkin bəy də cənublulara fanatlıq etməyə başladı.
 
İndi də futbola bağlıdı. Zədə üzündən karyerasını tez bitirdiyindən arzularını oğlunun uğurlarında reallaşdırmaq istəyir. Elə buna görə də oğlu Rüfətin əlindən tutaraq onu futbola gətirib. Özü müdafiəçi olsa da övladı qapıçıdı. Valideyn kimi də ondan fəxrlə danışır.
 
– Oğlum "İnter"in 2004-cü il təvəllüdlü futbolçulardan ibarət komandasında qapıçıdı. Təxminən 4 ildi buradadı.
 
– Uşağınız gələcəkdə azarkeşi olduğunuz "Xəzər Lənkəran"a gedəcək, yoxsa "İnter"də qalacaq?
– Hələ ki, "İnter"də qalır. Lakin istəyənlər var. "Qəbələ" də dəvət göndərib, hətta pul da təklif ediblər. Amma “İnter”dən narazılığım yoxdu.
 
– Uşağın inkişafında sənin nə dərəcədə rolun var?
– Özüm keçmiş futbolçu olduğuma görə… Mən də 17-18 yaşa qədər futbol oynamışam. Zədə səbəbindən futbolu buraxdım. Bəli, nələrisə izah edirəm, psixoloji cəhətdən də nələrsə deyirəm. Səhvlərini də deyirəm. Bunlar da uşaqdı, səhv edə-edə öyrənirlər.
 
– Məşqçisi Vəli müəllimdi.
– Bəli, Vəli Hüseynovdu. Məşqçidən razıyıq. Qapıçılarla işləyən məşqçi başqadı. Onların adları Feliks və Natiqdi. Onlar da uşağın inkişafı üçün maksimim çalışırlar. Oğlum indi komandanın əsas qapıçısıdı.
 
– Valideyin olaraq həmişə gəlib, uşaqların məşqini izləyirsiniz. Səncə, futbolumuzun gələcəyinə ümid var?
– Var. Amma bunları bir qədər də inkişaf etdirmək lazımdı.
 
– Səncə, bunların daha yaxşı inkişaf etmələri üçün başqa nələr lazımdı?
– İndi özünüz də görürsünüz – meydançada qarışıqlıqdı. 3-4 komanda bir yerdə məşq edir. Deyərdim ki, meydança ilə bağlı problem var. Onu da əlavə edim ki, elə komanda var, heç bu şəraiti də yoxdu. Ola bilər, bunlarda maddi cəhətdən çatışmazlıqlar var, meydançanı icarəyə verirlər. Lakin şərait bir qədər də düzəlsə, yaxşı olardı.
 
– Uşaqlar burada daim süni qazonda məşq edir. Bunun ziyanı var?
– Əlbəttə ki, var. Böyüyəndə dizləri ağrıyacaq. Bu, qaçılmazdı. Tez-tez zədələnmələr olur. Süni qazonun ziyanları çoxdu.
 
– Övladınız özünü Azərbaycanda və xaricdə hansı qapıçıya bənzədir?
– Azərbaycanda… Oğlum deyir ki, Kamrandan ("İnter" və millimizin qapıçısı Kamran Ağayevi nəzərdə tutur – red.) güclü qapıçı olacam. Xarici qapıçılardan isə İker Kasilyasdan xoşu gəlir. Deyir iki ildən sonra Kamranın yerini tutacam.
 
– Yığmaya çağırılır?
– Bunların yaşında yığma olmadığından çağırılmır. Amma elit yığmada olur, oraya çağırılır. İki il dalbadal turnirlərdə "ən yaxşı qapıçı" mükafatına layiq görülüb.
 
– Deyirsən, futbolçu qaryeranı tez başa vurmalı olmusan. İndi oğlunla bağlı ümidlərin çoxdu?
– Bəli. Ümidlərim çoxdu. Mən müdafiəçi olmuşam, oğlum isə qapıçıdı.
 
– Bəs oğlunuz nə üçün qapını seçdi?
– Boy cəhətdən bir az hündürdü. Həm də çəkidə bir az ağır idi. Özü də qapıçı olmağa meyilli idi. 12 yaşı var, lakin boyunun uzunluğu 1,70 metrə yaxındı. Çəkisi bir az çox olsa da, yüngül çəkili qapıçılardan daha yaxşı tullanır.
 
– Bəs azarkeşlik etdiyiniz "Xəzər Lənkəran" niyə bu vəziyyətdədi?
– O, sponsordan asılıdı. Mübariz Mənsimov pul ayırmır.
 
– Səncə, niyə pul ayırmır? Azarkeşləri çox incitdilər.
– Bilirsiz, bu federasiyadan xoşum gəlmir. O vaxt – Mirça Rednikin vaxtında hamı bilirdi ki, "Xəzər Lənkəran" çempion olacaq. Lakin federasiyanın gördüşü "qara işlər"ə görə çempion "Neftçi" oldu. Biabırçılıq idi. Hətta "Neftçi"nin futbolun təmizliyinin tərəfdarı olan bəzi azarkeşləri də dedi ki, biz "Neftçi"nin bu çempionluğunu saymırıq.
 
– Yenə qayıdaq bayaqkı mövzuya. Uşaqla bağlı planlarınız nədi, xaricə getməsini istəmirsiz?
– Düzdü, imkan olsaydı, 2-3 ildən sonra xaricə aparardım. Daha yaxşı inkişaf etməyi üçün. Burada uşaq futboluna direktor olaraq, alman mütəxəssis gəlib. Deyib ki, maydan sonra böyük dəyişikliklər olacaq. Gözləyək. Təki bütün azərbaycanlı uşaqlar üçün yaxşı olsun. Hamısı öz balalarımızdı.
 
– Rəhbərlik diqqət göstərir?
– Bəli. O dəfə kubokun finalında uduzmuşdular, lakin rəhbərlik mükafatlandırdı. Finalda uduzub, ikinci yeri tutdular, klub da mükafatlandırdı. Əlavə olaraq, onu da deyə bilərəm ki, bir az infrastruktur düzəlsin, müəllimlərin də işi yaxşılaşsın. Ümumi Azərbaycan futbolunda inkişaf olsun. Çünki gələcəyimiz bunlardı. Azərbaycan futbolunun gələcəyi bu uşaqlardan asılıdı.
blank
 
ELMAR VƏLİYEV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Premyer-liqa2024-04-13 16:30

“Qəbələ” “Turan Tovuz”a qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm