Bizi izləyin

Müsahibə

Vaqif Sadıqov: "Bununla ölkə futboluna yeni-yeni simalar bəxş edə biləcəyik"

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov …

blank
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi (MK) ilə görüşüb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və texniki direktor Bernhard Lippertin də iştirak etdiyi görüşdə 1998, 1999, 2000 və 2001-ci il təvəllüdlü futbolçuların perspektivi, inkişaf prosesinin düzgün istiqamətləndirilməsi barədə fikir mübadiləsi aparılıb. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA U-17 Avropa çempionatındakı çıxışı da müzakirə olunub. Görüşdə müzakirə olunan məsələlərlə bağlı MK-nın sədri Vaqif Sadıqovla əlaqə saxladıq: 
– Bu gün AFFA-da baş tutan toplantı ilə bağlı fikirlərinizi öyrənmək istərdik. U-17 yığmasının çıxışı ilə bağlı nələr müzakirə olundu?
– Yığmamızın çıxışı qənaətbəxş hesab olundu. Baxmayaraq ki, komanda qarşıya qoyulan məqsədə çata bilmədi – qrupdan çıxmadı. Ancaq bunu da bildirmək lazımdı ki, yığmamızın rəqiblərindən olan Portuqaliya millisi elit mərhələdə 100 faizlik nəticə göstərərək Avropa çempionatına vəsiqə qazanıb. Bundan əlavə, Belçika yığması haqqında da xüsisi qeydimi aparmaq istərdim. "Qırmızı iblislər" nəinki paytaxtımızdakı final mərhələsində, elit raundda belə qapılarından qol buraxmayıblar. Yalnız Azərbaycan yığması buna nail oldu. Ümumiyyətlə, ən vacibi də odur ki, 0:5-lik məğlubiyyətdən sonra komandamız toparlana bildi. Bununla da, komanda nəyə qadir olduğunu göstərdi. Təbii ki, burada məşqçi işi də göz qabağındadı. Onlar son iki matçda yaxşı nəticə ilə bizə bayram bəxş etdilər. Bu oyunlar onu göstərdi ki, gələcəyə ümidlə, nikbin baxmaq olar. Bugünkü iclasımızın da məqsədi o idi ki, gələcək strategiyanı müəyyənləşdirək. Müxtəlif yaş qruplarına aid olan futbolçuları nəzarət altında saxlamaqla, peşəkar fəaliyyət göstərməklə AFFA tərəfindən onlara şərait yaradılsın. Həmin futbolçularla məqsədyönlü  şəkildə işləməklə 2-3 ilə onları əsas milliyə yetişdirmək lazımdı. Müxtəlif təkliflər və tövsüyələrlə bu işlər həyəta keçirilməyə çalışılacaq. Bu işlər də tək bizlə deyil, klub rəhbərlərindən də çox şey asılıdı. Bu barədə də bizə tapşırıq verilib və klub rəhbərləri ilə görüşlərimiz olacaq. Hamımız birlikdə Azərbaycan futbolunun inkişafı üçün çalışmalıyıq. Hesab edirəm ki, bu işlərin nəticəsində də ölkə futboluna yeni-yeni simalar bəxş edə biləcəyik. 
– Məşqçilər Komitəsi olaraq, yığmamızın turnirdəki çıxışı ilə bağlı sizin fikiriniz necədi? Nəticəni bir yana qoysaq, komanda çıxış olaraq, gözləntiləri doğrultdu, ya necə?
– İstər-istəməz, birinci oyundakı məğlubiyyətdən sonra cəmiyyətdə həddən artıq bədbinlik yarandı. Hamı deyirdi ki, biz hara gedirik, nə olacaq, necə olacaq? AFFA tərəfindən bu komandaya hər tərəfli şərait yaradılmışdı. Komanda final mərhələsinə planlı şəkildə hazırlaşırdı. Lakin məğlubiyyətdən sonra… Burada obyektiv və subyektiv səbəblər var. Çoxunuz qeyd edirdiniz ki, heyətdə qeyri-azərbaycanlı futbolçular yer alır. Amma sonda gördük ki, əsas heyətdə ən yaxşılar yer alırlar. Haradan olmalarının fərqi yoxdu. Əsas odur ki, milli komanda üçün əllərindən gələni etməyə çalışırdılar. Çox vacib amil o idi ki, Təbriz Həsənov komandasında yüksək əhval-ruhiyyəni qoruyub saxladı. Komanda da əzmkarlıqla, oyun səviyyəsini artırmaqla güclü rəqiblərə qarşı müqavimət göstərib, hər birimizi sevindirdi. 4 xal – hesab edirəm ki, final mərhələsində buna nail olmaq uğurdu. Bundan da böyük nəticələr qazanmağımız üçün bu gün müzakirə olunan işləri görməliyik. 
– Sizcə, yığmamız ilk yox, 2-ci və ya 3-cü matçda Portuqaliyaya qarşı oynasaydı, belə böyük hesabla uduzmazdı? Yəni ilk oyun həyəcanı, ölkə başçısının stadionda olması komanda üzərində çox basqı yaratdı?
– İstər-istəməz həyəcan vardı. Ancaq bunu qoyaq bir tərəfə. Məsələnin peşəkar tərəfini götürsək, oyunçuların əksəriyyəti yığmanın sərəncamına ayın 26-dan sonra daxil oldular. Qısa zaman kəsiyində heyətə yenidən cəlb olunmuş futbolçularla möhkəm kollektiv qurmaq olduqca çətin idi. Debüt oyununda da dediklərimizin əyani sübutu olaraq, xətlərarası əlaqənin "axsadığının" şahidi olduq. Lakin Portuqaliyadan alınan məğlubiyyətin müsbət çalarları da sezildi. Baş məşqçi çatışmazlıqları görüb, aradan qaldırmağı bacardı. Ancaq bu oyundan sonra Təbriz Həsənov optimal heyət qurdu. Nəticədə, növbəti iki görüşdə komandamızın əsl gücünü görə bildik. Oyundan-oyuna da yığmamız artıracaq. Dediyiniz kimi, Portuqaliyaya qarşı 3-cü matçda oynasaydıq, tamam başqa nəticə ola bilərdi. Lakin məsələnin digər tərəfi də var. Belə olacağı təqdirdə, bəlkə də o biri rəqiblərə qarşı özümüzü yaxşı tərəfdən göstərə bilməzdik. Bugünkü müzakirələrdə də səsləndirildi ki, komandanın oyunu gələcəyə ümidlə baxmağa əsas verir. Bu futbolçuları AÇ-2020-yə hazırlamaq lazımdır. Bu barədə yenə müakirələr olacaq. Baş katib tərəfindən də bizə göstərişlər verilib: klub rəhbərləri ilə görüşlər olacaq, müzakirələr aparılacaq. Sabah "Əlincə", daha sonra isə "Neftçi" və "Xəzər Lənkəran" rəhbərliyi ilə bu mövzuda görüşlər keçiriləcək. Həm Məşqçilər, həm də İcraiyyə Komitəsinin üzvü kimi bu görüşlərdə iştirak edəcəm.

 

– Bəs turnirin qrup mərhələsində iştirak edən digər komandalarla bağlı fikirləriniz necədi? Misal üçün, "böyük beşlik" ölkələrindən Fransa yığması mərhələni adlaya bilmədi…
– "Böyük beşliy"i qoyaq bir kənara, bu, keçən dəfə Avropa çempionu olan Fransadı. Həmin komanda bu çempionatda ancaq 1 qol vura bilib. Dünən İsveç – Fransa matçını izlədik və bir daha şahidi olduq ki, final mərhələsində çox güclü kollektivlər mübarizə aparır. Ona görə də istənilən komandadan sürpriz gözləmək olar. Açığı, Danimarka yığmasının oyununa simpatiya bəsləyirdim. Lakin qrupdakı son oyun göstərdi ki, skandinaviyalılar hələ yüksək zirvələri fəth etməyə hazır deyil. Fikir vermisiz, İtaliya kimi komanda kənarda qalır! Zənnimcə, elit mərhələni 100 faizlik nəticə ilə başa vuran, final mərhələsinin qrup səddini birinci pillədə bitirən yığmamızın rəqibi olmuş Portuqaliya çempionluğa əsas namizədlərdəndir. 

– Bəs bu komandanın əsas rəqibi qismində kimləri görürsüz?
– Hesab edirəm ki, İngiltərə, Almaniya və İspaniya kimi komandaları finalda görmək çox maraqlı olar. Baxmayaraq ki, İngiltərə çoxdandı elə də uğurlu nəticə göstərə bilmir. Amma Belçika, Hollandiya, Avstriya kimi komanda nəsə edə bilər. 
ELMAR VƏLİYEV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Digər idman növləri2024-04-14 13:20

Millimiz finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 13:00

Daha 4 cüdoçumuz Avropa Kubokunda mübarizəyə qoşulacaq

blank
Digər idman növləri2024-04-14 12:43

Komandalar iştirakçı sayının aşağı salınmasını istəyir

blank
Digər idman növləri2024-04-14 12:29

Monte-Karloda liderlər uduzdu

blank
Dünya futbolu2024-04-14 12:11

“Beşiktaş”ın baş məşqçisi istefaya göndərildi

blank
Digər idman növləri2024-04-14 12:00

Millimizin üzvü finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 11:30

Abasov yenə heç-heçəyə razılaşdı

blank
Digər idman növləri2024-04-14 11:00

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 7 medal

blank
Digər idman növləri2024-04-14 10:29

Azərbaycan çempionatında 3-cü turun görüşləri keçirilib

blank
Digər idman növləri2024-04-14 10:00

Millimiz Honqkonqda növbəti oyununa çıxır

blank
Premyer-liqa2024-04-14 09:30

“Səbail” “Kəpəz”ə, “Sabah” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-04-14 09:11

Ən effektiv beşlik məlum oldu

blank
Digər idman növləri2024-04-14 08:52

“Audi” gələcək pilotları ilə danışıqlara başladı

blank
Digər idman növləri2024-04-14 08:34

Nadal və Alkarasın iştirak edəcəyi turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-04-14 08:17

Avroliqada cütlər məlum oldu

blank
Ölkə futbolu2024-04-14 08:00

“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı

blank
Dünya futbolu2024-04-14 01:21

“Atletiko”, “Barselona” və “Real”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-14 01:11

“Strasburq” və “Tuluza”dan qələbə

blank
Dünya futbolu2024-04-14 00:52

Turin derbisində heç-heçə

blank
Dünya futbolu2024-04-14 00:37

“Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-04-14 00:25

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-13 23:32

Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Premyer-liqa2024-04-13 22:28

“İlk hissədəki 2:0 oyunçulara güvən və rahatlıq verdi” – Bojoviç

blank
Premyer-liqa2024-04-13 21:56

“Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm” – Baxşıyev

blank
Premyer-liqa2024-04-13 21:37

“Araz-Naxçıvan” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2024-04-13 20:52

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm