Milli komanda
Azərbaycan – Makedoniya oyunu 5 minlik stadionda
Azərbaycan millisinin Makedoniya ilə yoxlama oyununun keçiril…
Azərbaycan millisinin Makedoniya ilə yoxlama oyununun keçiriləcəyi stadion dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutacaq qarşılaşma Şvadorf şəhərinin eyniadlı klubuna məxsus kiçik stadionda keçiriləcək.
Rəsmi adı “Rixard-Gebert-Sportanlage” olan, amma çoxlarının elə klubun adı ilə “Şvadorf” kimi tanıdığı stadion cəmi 5 min tamaşaçı tutumuna malikdi. Əslində, bu klub Avstriya çempionatının aşağı liqasında çıxış etdiyindən stadionun turumu komandanın özü üçün kifayət qədər yetərli sayılır.
Qeyd edək ki, mayın 29-da keçiriləcək Azərbaycan – Makedoniya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. (Apasport)
Qeyd edək ki, mayın 29-da keçiriləcək Azərbaycan – Makedoniya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. (Apasport)
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı