Ölkə futbolu
Dodo: "Hər kəs bunu arzulayırdı"
“Qəbələ”nin braziliyalı futbolçusu Dodo maraql?…
“Qəbələ”nin braziliyalı futbolçusu Dodo maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan kapitan medalçılar sırasına düşmək istədiklərini bildirib:
“Premyer Liqanı mükafatçılar sırasında başa vurmaq istəyirik. Bizi qarşıda finala bərabər iki oyun gözləyir. İnanıram ki, bu vəzifənin öhdəsindən gəlməyi bacaracağıq”.
Hücumameylli yarımmüdafiəçi Avropa Liqasındakı çıxışlarından da söhbət açıb: “Cari mövsüm mənim üçün xüsusi əhəmiyyətli oldu. Avropada yaxşı oyun sərgilədik. Avroliqanın qrup mərhələsinə yüksəlməyi bacardıq. Hansı ki, hər kəs bunu arzulayırdı. Növbəti mövsümdə də bu uğuru təkrarlamaq niyyətindəyik. Bunun üçün şanslarımız var”.
Qeyd edək ki, “Qəbələ” hazırda turnir cədvəlində 53 xalla 5-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı