Dünya futbolu
1/4 finalın ilk təyinatları açıqlandı
Final mərhələsi Azərbaycanda keçirilən 17 yaşadək futbol…
Final mərhələsi Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında növbəti təyinatlar açıqlanıb. Futbolinfo.az xəbər verir ki, UEFA 1/4 final mərhələsinin ilk oyun günündə baş tutacaq 2 qarşılaşmanı idarə edəcək hakimləri və onların işinə qiymət verəcək hakim-inspektorları müəyyənləşdirib.
Günün Portuqaliya ilə Avstriya arasında ilk matçı xorvatiyalı Fran Yoviçə tapşırılıb. Bu, onun AVRO-2016-da baş hakim kimi 4-cü oyunu olacaq.
Almaniya – Belçika qarşılaşmasında isə islandiyalı Qunnar Yarl Yonsson fit çalacaq. O da 4-cü dəfə matçın referisi təyin olunub.
Sabah baş tutacaq görüşlərə Azərbaycan təmsilçiləri təyinat almayıb. Qrup mərhələsində dördüncü hakim kimi iştirak edən Əliyar Ağayevlə Orxan Məmmədov, həmçinin hakim-inspektor Asim Xudiyev sabah istirahət edəcək.
17 yaşlıların Avropa çempionatı
1/4 final
14 may
15:00. Portuqaliya – Avstriya
Baş hakim: Fran Yoviç (Xorvatiya).
Baş hakimin köməkçiləri: Marios Dimitriadis (Kipr), Georgi Todorov (Bolqarıstan).
Dördüncü hakim: Peter Kraloviç (Slovakiya).
Hakim-isnpektor: Vladimir Antonov (Moldova).
Bakı. “Dalğa Arena”.
Baş hakim: Fran Yoviç (Xorvatiya).
Baş hakimin köməkçiləri: Marios Dimitriadis (Kipr), Georgi Todorov (Bolqarıstan).
Dördüncü hakim: Peter Kraloviç (Slovakiya).
Hakim-isnpektor: Vladimir Antonov (Moldova).
Bakı. “Dalğa Arena”.
20:00. Almaniya – Belçika
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Baş hakimin köməkçiləri: Balaj Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Petr Ardeleanu (Çexiya)
Hakim-isnpektor: Nikolay Levnikov (Rusiya)
Bakı. “Dalğa Arena”.
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Baş hakimin köməkçiləri: Balaj Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Petr Ardeleanu (Çexiya)
Hakim-isnpektor: Nikolay Levnikov (Rusiya)
Bakı. “Dalğa Arena”.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə