Ölkə futbolu
Braziliyalı futbolçu “Xəzər Lənkəran”la “Persepolis”i müqayisə etdi
“Karyeram ərzində “Xəzər Lənkəran”, “Per…
“Karyeram ərzində “Xəzər Lənkəran”, “Persepolis” və “Əl-Faysali” kimi əcnəbi klublarda da çıxış etmişəm. Həmin ölkələrin futbolu ciddilik və təşkilatçılıq baxımından Braziliya futbolundan geri qalır. Lakin hər bir klubdakı karyeram mənə yaxşı təcrübə qazandırıb”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın sabiq futbolçusu Fernando Qabriel deyib.
Braziliyanın B seriyasında çıxış edən “Santa Kruz”la anlaşan 28 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlama verib. Karyerasını vərəqləyən “sambaçı” söhbət əsnasında “Xəzər Lənkəran”ı da yada salıb.
Qabriel “ağ-yaşıllar”la İran klubu “Persepolis” arasında müqayisə də aparıb: “Xəzər Lənkəran” və “Persepolis”dəki karyeram qısa alındı. Əvvəlcə Azərbaycana yollandım, sonra isə İrana üz tutmalı oldum. “Xəzər Lənkəran”la müqayisədə “Persepolis” məni yaxşı mənada təəccübləndirdi. İran qəribə ölkədi, amma orda futbol çox güclüdü. Hər halda, İranın dünya çempionatında oynadığını xatırlatmaq bəs edər. “Persepolis”in böyük azarkeş ordusu var. Daha sonra isə Səudiyyə Ərəbistanına yollandım, orda da çox şey öyrəndim, legioner həyatı yaşamaqla təcrübəmi xeyli artırdım”.
Qeyd edək ki, 2014-2015 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinmiş Qabriel Azərbaycan çempionatında 12 oyunda 3 qola imza atıb. (Apasport)
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə