Dünya futbolu
Millimizin yeni və köhnə rəqibləri üz-üzə gələcək
DÇ-2018-in təsnifat mərhələsində rəqiblərimizdən olan A…
DÇ-2018-in təsnifat mərhələsində rəqiblərimizdən olan Almaniya yığması yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Futbolinfo.az xəbər verir ki, Bundestim AÇ-2016-nın seçmə mərhələsində rəqibimiz olmuş İtaliya millisi ilə qüvvəsini sınayacaq.
Noyabrın 15-də keçiriləcək qarşılaşma Berlində baş tutacaq. Bu görüşdən 4 gün öncə isə almanlar DÇ-2018-nin seçmə mərhələsi çərçivəsində səfərdə San Marino ilə qarşılaşacaqlar.
İtaliya ilə oyun Yoahim Lövün komandası üçün 2016-cı ilin son qarşılaşması olacaq.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Almaniya yığmasının millimizlə ilk oyunu gələn il, martın 26-da Azərbaycanda, ikinci qarşılaşma isə oktyabrın 8-də səfərdə keçiriləcək. (Apasport)
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə