Premyer-liqa
36 oyunluq seriya qırıldı
“Qarabağ” Misli Premyer Liqasının 2022/23 mövsümündə ilk ev məğlubiyyətini alıb.
Futbolinfo.az xəbər verir ki, XXXV turda “Sumqayıt”a 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri öz meydanındakı 17-ci matçda xalsız qalıb.
Əvvəlki 16 görüşdə ağdamlılar 12 qələbə qazanıb və 4 heç-heçə edib.
2021/22 mövsümünün 14 ev qarşılaşmasında da uduzmayan “Qarabağ” sonuncu dəfə 2021-ci il fevralın 13-də ev məğlubiyyəti alıb. Həmin gün “Neftçi”yə 1:2 hesabı ilə yenilən bölgə təmsilçisi ardıcıl 36 ev qarşılaşmasından xalla ayrılmağı bacarıb.
Öz meydanında 828 gündən sonra məğlub olan Ağdam klubu bu müddətdə 29 qələbə qazanıb, 7 heç-heçə edib. Evdəki 36 oyunluq məğlubiyyətsizlik seriyası “Qarabağ”ın tarixində rekorddur.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu “Neftçi”yə məxsusdur. Bakılılar ardıcıl 57 ev matçında uduzmayıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib