Milli komanda
Millimizin sabiq hücumçusu klubundan qovulur
Azərbaycan yığmasının keçmiş hücumçusu Cihan …
Azərbaycan yığmasının keçmiş hücumçusu Cihan Özkara klubu “Preusen Münster”ə lazım deyil. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, bunu “Preusen Münster”in baş məşqçisi Steffen Hörst deyib.
24 yaşlı forvardın aşağı liqa təmsilçisi ilə 2017-ci ilin yayına qədər müqaviləsi olsa da, məşqçilər korpusu onun xidmətində maraqlı deyil. Hörst Cihanla müqaviləyə xitam vermək istədiklərini bildirib. Əgər futbolçu buna razılıq verməsə, o zaman qarşıdakı mövsümü yalnız komanda ilə məşq keçirməklə kifayətlənəcək.
Yay fasiləsində Türkiyənin I liqa təmsilçisi “Sivasspor”dan transfer edilən Cihan Özkara geridə qalan mövsümdə cəmi 4 oyunda start heyətində meydana çıxıb.
Qeyd edək ki, 2015-ci ildə icarə əsasında “Simurq”da çıxış etmiş Özkara yığmamızın heyətində keçirdiyi 18 oyunda 1 qola imza atıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”