Ölkə futbolu
Vəli Qasımov postunda qalacaq
Bu saatlarda “Neftçi”nin Müşahidə Şurasın?…
Bu saatlarda “Neftçi”nin Müşahidə Şurasının növbəti iclası keçirilir. Bakı klubunun qərargahında baş tutan tədbirdə mövsümün yekunları müzakirə olunur.
Futbolinfo.az saytı xəbət verir ki, şura üzvləri bitən mövsümə yekun vurub hazırlıq planını təsdiq edəcək. Komandanın avrokuboka, eyni zamanda yeni çempionata hazırlığı da müzakirə olunacaq. Futbolçu transferləri, mövvcud heyət və s. məsələlər də əsas müzakirə obyekti olacaq.
Yığıncaqda “Neftçi”nin baş məşqçisinin kimliyinə də aydınlıq gələcək. Qurum ya idman direktoru Vəli Qasımovu postunda saxlayacaq, ya da yeni çalışdırıcı axtarışına başlanılmasna qərar verəcək. Ancaq indidən demək olar ki, hər hansı dəyişiklik mümkün deyil. Büdcənin məhdudluğu böyük şərtlər irəli sürəcək hər hansı yeni məşqçinin gətirilməsinə imkan vermir. Bu səbəbdən də Qasımovun postunda qalacağı, komandanı yeni mövsümə də hazırlayacağı ehtimal edilir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?