Dünya futbolu
Qaçırılan futbolçu tapıldı
Dünya futbolunda daha bir arzuolunmaz hadisə yaşanıb. Futbolin…
Dünya futbolunda daha bir arzuolunmaz hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, meksikalı hücumçu Alan Pulido ötən gün vətənində naməlum şəxslər tərəfindən qaçırılıb.
Türkiyə mətbuatının yazdığına görə, hadisədən xəbər tutan sözügedən ölkənin təhlükəsizlik əməkdaşları dərhal hərəkətə keçib. Araşdırmalar nəticə verib və futbolçu bu gün səhər saatlarında qurtarılıb.
Qeyd edək ki, geridə qalan mövsümü "Olimpiyakos"da (Yunanıstan) keçirən 25 yaşlı forvard 8 matçda meydana çıxıb və 5 qol vurub.