Ölkə futbolu
“Qarabağ”dan açıqlama: “Reynaldo günahkar deyil”
Xəbər verdiyimiz kimi “Qarabağ”ın braziliyalı futbol&…
Xəbər verdiyimiz kimi “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo ölkəsində qəza törədib.
Futbolinfo.az xəbər verir ki, “Chevrolet Camaro” markalı avtomobili ilə motosikletlə toqquşan “sambaçı”nın durumu yaxşıdır.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, qəza zamanı günah Reynaldoda olmayıb və o, içkili halda avtomobil idarə etməyib: “Hadisə zamanı motosiklet sürücüsü xəsarət alıb. İlkin araşdırmalar zamanı (polisin mövqeyi) baş verən qəzada səbəbkarın motosiklet sürücüsü olduğu aşkarlanıb. Reynaldo içkili olmayıb, polis tərəfindən də bu təsdiqlənib. İlkin tibbi yardımı da məhz futbolçumuz edib. Reynaldonun günahı olmadığından sərbəstdi və hazırda evindədi. Məsələ ilə bağlı daha geniş bilgini ictimayyətə bildirəcəyik”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə