Milli komanda
Millimiz Belarusa böyük hesabla uduzdu
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yı…
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Belarusun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı Rauf Cabbarov, Mübariz Haşımov, Akif Əmirəli və Rövşən Rəcəbovdan ibarət hakimlər briqadası idarə edib.
Qarşılaşma millimizin məğlubiyyəti ilə başa çatıb. Komandamız bu görüşdə penaltidən fərqlənmək şansını da boşa verib.
Qeyd edək ki, bu komandalar arasında iyunun 10-da Bakı Olimpiya Stadionunda daha bir sınaq matçı baş tutacaq.
Yoxlama oyunu
8 iyun
Azərbaycan – Belarus – 1:4 (1:2)
Qollar: Vladislav Muxammedov, 8 (0:1). Murad Xaçayev, 15 (1:1). İvan Bakhar, 40 (1:2). İvan Bakhar, 90+1 (1:3). Dmitri Kalimonçikov, 90+4 (1:4).
Matçın 33-cü dəqiqəsində millimizin üzvü Rövlan Muradov penaltidən yararlana bilməyib.
Azərbaycan: 1. Orucov Elnur (k), 3. Buludov Ömər, 4. Dəmirov Elvin (6. Əliyev Emil, 14), 5. Əliyev Əli, 9. Nəbiyev Fərid (14. Həziyev Bahadur, 85), 10. İbrahimli İsmayıl, 11. Muradov Rövlan, 13. Hacıyev Hacıağa, 16. Bayramov Fuad (20. Şirinov Əli, 85), 17. Xaçayev Murad, 19. Bayramlı Tural.
Ehtiyat oyunçular: 12. İbrahimov Kamran 22. Süleymanov Süleyman, 2. Seydiyev Amin, 7. Süleymanov Nicat, 8. Cəfərov Yusif, 15. Quliyev Emin, 21. İbrahimov Xaliq.
Baş məşqçi: Nazim Süleymanov.
Belarus: 1. Pavlyuçenka Pavel, 11. Muxamedov Vladislav (8. Jravkov Anton, 66), 14. Krasnov Aliaksandar (4. Malkeviç Vladislav, 37), 21. Şkurdlyuk Artyom, 17. Vakuliç Aleksey (20. Kalimonçikov Dmitri, 71), 6. Mikulski Maksim, 10. Bakhar İvan (k), 15. Padssterlav Dmitri (9. Ball Yevgeni, 61), 5. Kuşivski Konstantin, 13. Kisel İvan, 7. Beleziak Anton (22. Siamko Valeri, 77).
Ehtiyat oyunçular: 12. Klişanka Maksim, 18. İlia Lukaşeviç.
Baş məşqi: Markel Mixail.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın