Ölkə futbolu
AÇ-2016-nın min cavana dəyən 11 "qocası"
UEFA Avropa çempionatında iştirak edəcək yaşı 35-dən yux…
UEFA Avropa çempionatında iştirak edəcək yaşı 35-dən yuxarı olan oyunçulardan ibarət simvolik komanda hazırlayıb. Futbolinfo.az xəbər verir ki, Fransada təşkil ediləcək qitə birinciliyinə 552 futbolçu qatılacaq ki, onlardan da 21-nin yaşı 35 və yuxarıdı.
Qurumun rəsmi saytı 35 yaşdan yuxarı olan futbolçulardan ibarət ən yaxşı "11"-lik tərtib edib. Siyahıya aşağıdakı futbolçular daxil edilib:
Qapıçı: Canluici Buffon (İtaliya).
Müdafiəçilər: Rezvan Rat (Rumıniya), Rikardo Karvalyo (Portuqaliya), Andrea Barzaqli (İtaliya), Patris Evra (Fransa).
Yarımmüdafiəçilər: Anatoli Timoşuk (Ukrayna), Luçan Sınmertean (Rumıniya), Tomaş Rositski (Çexiya).
Hücumçular: Aris Aduris (İspaniya), Eydur Qudyonsen (İslandiya), Robbi Kin (İrlandiya).