Ölkə futbolu
"Fransanın müdafiəsindəki problemlərdən istifadə etməyə çalışacağıq"
"Açılış matçına hazırıq. Fransa millisinin h&…
"Açılış matçına hazırıq. Fransa millisinin hücumda necə oynadığını bilirik, buna baxmayaraq, oyuna nikbin baxırıq".
Futbolinfo.az xəbər verir ki, bu sözləri Rumıniya millisinin baş məşqçisi Angel İordanesku AÇ-2016-da Fransa ilə açılış matçı öncəsi deyib.
O, rəqibin müdafiə xəttində problemlər olduğunu bildirib: "Düşünürəm ki, fransızlar oyuna aqressiv başlayacaq, futbolçularıma qarşı böyük təzyiq olacaq. Oyunçularım buna hazırdır. Biz ancaq müdafiə olunmağı düşünmürük. Balanslaşdırılmış futbol oynamaq istəyirik. Fransa millisinin müdafiəsində müəyyən problemlər var. Onlardan istifadə etməyə çalışacağıq. Fransa millisinin güclü heyəti var. Onun dəyəri yüz milyon avroya yaxındır. Fransa turnirin favoritlərindən biridir".