Dünya futbolu
"Zirə"nin futbolçusu baş məşqçi və federasiyaya qarşı
Salvador yığmasının və "Zirə"nin hücumçusu…
Salvador yığmasının və "Zirə"nin hücumçusu Nelson Bonilya ölkəsinin milli komandasındakı problemlərdən danışıb. Futbolinfo.az xəbər verir ki, komandasının əksər üzvləri kimi, o da ölkə futbol federasiyasının rəhbərliyindən, həmçinin baş məşqçidən narazıdır.
Bonilya ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib: "Növbəti məğlubiyyətdən sonra komnda coşub. Çox adam başa düşmür ki, biz ölkəmizi təmsil edirik. Bunun üçün də şəraitin yaxşılaşmasını tələb edirik. Yığmada artıq əvvəlki atmosfer yoxdur. Hətta elə futbolçular var ki, federasiya ilə bağlı problemlərə görə yığmada oynamaq istəmir. Hətta mən də bu addımı atmaq istəyirdim. Amma menecerim mənə xəbərdarlıq etdi.
Baş məşqçiyə gəlincə, bizim onunla temp tutmağımız çətindir. O, taktik deyil və bizə lazım olan vəziyyətdə necə oynamaq lazım olduğunu izah etmir. Bu da çox pisdir". (Futbol Centroamerica)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…