Ölkə futbolu
"CBC Sport"un "yaşı çatmadı": Fransaya akkreditasiyasız gediblər
Fransada start götürən futbol üzrə Avropa çemp…
Fransada start götürən futbol üzrə Avropa çempionatının ölkəmizdə yayımı üçün 2 telekanal əl-ələ versə də, rəsmi olaraq heç biri yarışda ölkəmizi təmsil etməyəcək. İTV ümumiyyətlə, oyunları Bakıdan şərh edəcəksə, Fransaya ezam olunan "CBC Sport" əməkdaşları da ən yaxşı halda turist olacaq.
Futbolinfo.az xəbər verir ki, "CBC Sport" əməkdaşaları mətbuat konfranslarına və s. qatıla bilməyəcək. Bunun səbəbi onların akkreditasiya ala bilməməsidi. Vaxtında bunun üçün müraciət etməyən kanal "ofsayd"a düşüb.
Xəbəri dəqiqləşdirmək üçün sözügedən kanalın redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq: "UEFA Avropa çempionatı ilə bağlı akkreditasiya qəbulunu 6 ay öncədən elan etmişdi. Bizim kanal isə o zaman 2 ay idi ki, fəaliyyət göstərirdi. Həmin vaxt bizim planımızda Fransaya gedib turniri işıqlandırmaq yox idi. Bu ideya son bir ayda yarandı. Buna baxmayaraq, biz Parisin küçələrində, fan-zaonalarında, fan-şoplarda və s. bu kimi yerlərdə çəkiliş aparmaq üçün akkreditasiya almışıq. Həmçinin "Paris gündəliyi" verilişimizdə dünya futbolunda iz qoymuş bəzi veteran futbolçuları da qonaq kimi dəvət edəcəyik".