Dünya futbolu
Amerika Kubokunda daha bir yarımfinalçı bəlli oldu
ABŞ-da keçirilən Amerika Kubokunda daha bir yarımfinal&ccedi…
ABŞ-da keçirilən Amerika Kubokunda daha bir yarımfinalçının adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bu gün səhər 1/4 final mərhələsinin ikinci qarşılaşması baş tutub.
Turnirin favoritləri arasında göstərilən Kolumbiya qrupda Braziliya kimi nəhəng komandanı məğlub edərək yolunu kəsən Peru ilə üz-üzə gəlib. Qarşılaşma ərzində qapılara qol vurulmadığından, penaltilər seriyasına müraciət edilib. Həlledici zərbələri daha dəqiq yerinə yetirən Kolumbiya yığması ABŞ-dan sonra ikinci yarımfinalçı olub.
Bununla Kolumbiya yığması həm də 12 illik tilsimi qırıb. Belə ki, yeganə çempionluğunu 2001-ci ildə qazanan komanda 2004-cü ildən sonra ilk dəfə Amerika Kubokunda yarımfinala adlaya bilib.
Sabah isə 1/4 finalın növbəti iki görüşü oynanılacaq. Bakı vaxtı ilə saat 03:00-da Argentina Venesuelanı, 06:00-da isə Çili Meksikanı sınağa çəkəcək.
Amerika Kuboku-2016
1/4 final mərhələsi
Peru – Kolumbiya – 0:0
Penaltilərlə 2:4
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza