Ölkə futbolu
MOİK rəsmisi "Qalatasaray"ın sabiq baş məşqçisi ilə görüşdü
Futbol üzrə Azərbaycan I Divizionunda və Naxçıvanda ke…
Futbol üzrə Azərbaycan I Divizionunda və Naxçıvanda keçirilən "Heydər Əliyev kuboku"nda mübarizəni başa vurduqdan sonra Mərkəzi Ordu İdman Klubunun futbol komandası istirahətə çəkilib. Amma rəhbərlik iş başındadır.
Futbolinfo.az xəbər verir ki, MOİK-in vitse-prezidenti Ramil Əliyev Türkiyəyə işgüzar səfərə yollanıb. R.Əliyev dünəndən artıq qardaş ölkədədir. O, fürsətdən istifadə edərək artıq Türkiyədə azərbaycanlı futbolsevərlərə yaxından tanış olan sima ilə də görüşüb. Səfər zamanı R.Əliyev Cevat Gülərlə bir araya gəlib. Onlar Azərbaycan futbolunun hazırkı durumu, görülməli işlərdən və ümumi futbol məsələləri üzrə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, “Qalatasaray” və “Ordusupor”da baş məşqçi olmuş C.Gülər ölkəmizdə “Rəvan”dakı fəaliyyəti ilə diqqət çəkib. 2012/13 mövsümünün startına Bakı klubu məhz onun rəhbərliyi altında başlayıb. Amma Premyer Liqada 4 oyundan sonra güclü rəqiblərdən alınmış 3 xal və cəmi 1 məğlubiyyət fonunda klub rəhbərliyi onu istefaya göndərib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib