Dünya futbolu
La Liqaya son vəsiqəni bu komanda qazandı
La Liqaya yüksələn 3-cü komanda da bəlli olub. Futbolinfo…
La Liqaya yüksələn 3-cü komanda da bəlli olub. Futbolinfo.az xəbər verir ki, primeronun yeni iştirakçısı “pley-off” oyunlarının finalının cavab matçında “Jirona”ya 1:0 hesabı ilə qalib gələn “Osasuna” olub.
İlk oyundan 2:1 hesabı ilə qalib ayrılan “qırmızılar”ın yeganə qoluna 48-ci dəqiqədə Kenan Kodro imza atıb.
Qeyd edək ki, Pamplona klubu sonuncu dəfə 2013/14 mövsümündə elitada çıxış etmişdi.
Onu da əlavə edək ki, yeni mövsüm La Liqada oynamaq hüququna daha öncə "Alaves" və "Leqanes" klubları da yiyələnmişdi. Bu üç klub son mövsümdə elitanı tərk edən "Rayo Valyekano", "Xetafe" və "Levante"ni əvəz edəcəklər.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq