Ölkə futbolu
Millimizin rəqibi oyunçu tapmır
Milli komandamızın DÇ-2018-in seçmə mərhələsindək…
Milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O'Nil ölkəsindəki futbolçu qıtlığından danışıb. Futbolinfo.az xəbər verir ki, mütəxəssis Şimali İrlandiyada peşəkar futbolçuların azlığından şikayətlənib.
"Bizim ölkədə peşəkar futbolçuların sayı 40-dan azdı. Yığmanı da onlardan formalaşdırmağa məcburam. Mən bütün aşağı liqalarda oynayan futbolçuların oyununu izləyirəm.
Əlbəttə, bu, o qədər də cəlbedici iş deyil. Ancaq işim budusa, bunu etməliyəm" – deyə mütəxəssis bildirib.
Qeyd edək ki, Şimali İrlandiya AÇ-2016-nın qrup mərhələsində keçirdiyi oyunlarda Polşaya məğlub olub (0:1), Ukraynaya isə qalib gəlib (2:0).
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq