Dünya futbolu
Vüqar pokerə, Orxan dubla imza atdı
Futbol üzrə Latviya birinci liqasında 13-cü turun oyunlar?…
Futbol üzrə Latviya birinci liqasında 13-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası – "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə çempionatın aşkar autsayderi "Saldus" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının böyük hesablı qələbəsi ilə başa çatıb – 9:0. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb. Vüqar sonadək oynayıbsa, Orxan 70-ci dəqiqədə əvəzlənib.
Futbolçularımızın darmadağında xüsusi payı olub. Vüqar biri penaltidən olmaqla 4 qol vurub (11, 13, 23, 89-cu dəqiqələrdə), Orxan isə iki dəfə fərqlənib (15 və 55-ci dəqiqələrdə).
Qeyd edək ki, geridə qalan turlarda 22 xal toplayan "Olayne" 15 klub arasında 5-ci pillədə qərarlaşıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq