Ölkə futbolu
"Neftçi" 5 futbolçunu yola saldı, ikisi də gedir
2015/2016-cı illər mövsümünün yekununda "Ne…
2015/2016-cı illər mövsümünün yekununda "Neftçi” PFK ilə müqaviləsi bitmiş bəzi futbolçular qarşılıqlı razılaşma əsasında klubla yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, bunlar Aqil Məmmədov, Erik Ramos, Antonio Salas Quinta, Juan Alberto Melli və Nikolas Kanalesdir. "Neftçi” rəhbərliyi bu komandanın uğurları üçün çalışmış sözügedən futbolçulara təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, Məhəmməd Qurbanovla Mirabdulla Abbasovun da digər kluba keçidi ilə bağlı proses hazırda davam edir.
Komandaya yeni cəlb olunmuş futboçulara gəlincə. 20.06.2016-cı il tarixdə İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının püşkatma mərasimi təşkil olunacaq. Məhz bu tarix turnirdə mübarizə aparacaq klubların iştirak ərizəsini UEFA-ya təqdim etmələri üçün son gündür. Hazırda "Neftçi” PFK ilə yeni transfer olunan futbolçular arasında sənədləşmə işləri yekunlaşmaq üzrədir. Klubdan bildirilir ki, sənədləşmə zamanı futbolçunun məxsus olduğu klubla, transfer edildiyi klub arasında TMS (Transfer Uyğunluğu Sistemi) məsələsi həll edilir. Bu sistemdə futbolçunun şəxsi sənədləri, müqavilə və s. yerləşdirilir. Daha sonra yerli federasiyaya transfer barədə məlumat verilir və futbolçuya avrokuboklarda çıxış etməsi üçün beynəlxalq sertifikat təqdim edilir. Hazırda bütün bu proseslər yekunlaşmaq üzrədir və komandaya yeni cəlb edilmiş futbolçularla bağlı 20.06.2016-cı il tarixdə ətraflı məlumat veriləcək. (klub saytı)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib