Dünya futbolu
Amerika Kuboku: Çili və Argentina darmadağınla yarımfinalda
ABŞ-da keçirilən Amerika kubokunda bütün yarımfina…
ABŞ-da keçirilən Amerika kubokunda bütün yarımfinalçılar müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, final uğrunda mübarizə aparacaq son iki komandanın adına bu gün keçirilən matçlardan sonra aydınlıq gəlib.
Venesuela ilə qarşılaşan Argentina millisi 4:1 hesablı qələbəyə sevinib. İquaynın dubl etdiyi matçda Messi və Erik Lamela hərəyə bir dəfə fərqləniblər. Venesuelanın yeganə qoluna isə Rondon imza atıb.
Digər qarşılaşmada isə tarixi hesab qeydə alınıb. Çili yığması Meksikanı 7:0 hesabı ilə darmadağın edib. “Qırmızılar”ın heyətində Varqas pokerlə, Puç dublla yadda qalıb. Aleksis Sançes isə bir dəfə fərlənməyə imkan tapıb.
Beləliklə yarımfinalda ABŞ, Kolumbiya, Argentina və Çili milliləri mübarizə aparacaqlar.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar