Ölkə futbolu
“Kəpəz”dən “Daçiya”ya 6 qolluq ismarıc
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Moldova…
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Moldova “Daçiya”sını qəbul edəcək “Kəpəz” son yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, “Bakı” klubu ilə üz-üzə gələn Şahin Diniyevin yetirmələri 1-ci divizion təmsilçisinin qapısından 6 cavabsız top keçiriblər.
İlk yarıda meydan sahiblərinin qapısına iki dəfə yol tapan gəncəlilər, fasilədən sonra daha 4 dəfə rəqibini mərkəzə dəvət edib.
Qeyd edək ki, “Kəpəz” – “Daçiya” qarşılaşması iyunun 28-də saat 20:00-da start götürəcək.