Bizi izləyin

Müsahibə

Diniyevin avrokubok debütü: “Büdcəmiz hansısa bir futbolçunun qiymətinə bərabərdi”

Dünən “Kəpəz” Avropa Liqasında debüt mat&cce…

blank

Dünən “Kəpəz” Avropa Liqasında debüt matçı öncəsi, hər hissəsi yarım saat olmaqla, son yoxlama görüşünə çıxdı. Birinci divizion təmsilçisi “Bakı”yla oyunun nəticəsi nə Şahin Diniyev, nə də media üçün heç bir əhəmiyyət kəsb edirdi. Başlıca məqsəd təmsilçimizin Moldova “Daçiya”sı ilə oyunöncəsi son durumunu görmək idi.

Oyunun saat 18:00-da başlaması futbolçular üçün zülm oldu. Görünür devalvasiya və iqtisadi böhran hətta projektorları yandırmamaqla, büdcəyə qənaətə təkan vermişdi. “Bakı”nın durumu hər kəsə bəllidi, “Kəpəz”in isə Gəncə şəhər rəhbərliyi tərəfindən dəstək görmədiyi və yalnız AFFA-nın ümidinə qaldığı da hər kəsə məlumdu…

Gəncəlilərin sıralarında xüsusi diqqət yetirdiyimiz oyunçular yeni braziliyalıları idi – Serjo Manuel Kosta Karneyro (Serjinyo) və Renan da Silva Alves (Renan). Mərkəz müdafiəçisi mövqeyində oynayan Renanın üzərinə ciddi iş düşmədi. Birinci divizion təmsilçisi ilə oyunda onun bacarığına real qiymət vermək mümkün deyil. Amma fiziki göstəriciləri ilə istənilən hücumçunun “gözünün odunu almaq” iqtidarındadı. Gövdəsi ilə oynamaq bacarığı da ən yüksək səviyyədədi.

Serjinyo isə meydanı görmək bacarığı ilə sevindirdi. O, 30-40 metrlik məsafəyə zərgər dəqiqliyi ilə ötürmə verməyə qadirdi. Yetər ki, komanda yoldaşı boş zonaya şığısın.

Ötən mövsümün ilk yarısında haqqında ən yaxşı sözlər dediyimiz, lakin zədələnərək, sıradan çıxan Dario Federiko isə hələ ki, formada deyil. Ağır, ləng, əvvəlki oyunundan əsər-əlamət yoxdu. Ancaq bir il əvvəl də Darionu məhz bu cür görmüşdük. “Kəpəz”in ADBTİA-nın stadionundakı məşqini izləməyə getmişdik. Məşq ikitərəfli oyunla bitmişdi və Şahin Diniyevlə dialoq zamanı “bu qarabaladan gözüm su içmir”, demişdim. Diniyev isə “o, 2-3 həftədən sonra komandamızın liderinə çevriləcək. İkitərəfli oyunda həvəslə oynaya bilmir”, cavabını vermişdi. Zaman təcrübəli mütəxəssisin sözlərini təsdiqlədi. Ümid edək ki, Dario bu dəfə də yoxlama görüşü olduğu üçün həvəssiz idi və “Daçiya” ilə görüşdə özünü ən yaxşı tərəfdən göstərə biləcək.

Matç başa çatdıqdan sonra isə Diniyev oyunu izləməyə gələn jurnalistlərin əhatəsinə düşdü.

– Komandanın səfərdən yeni qayıtdığını, yorğunluq olduğunu nəzərə alsaq, futbolçulardan nə dərəcədə razı qaldınız?
– İki cəhətdən pis vəziyyətdəyik. Birinci, oyun praktikamızın olmamağı çox böyük problemdi. Birdən-birə 5 əsas heyət oyunçusunun yerinə yenilər gəlir və onları sistemə "otuzdurmaq" üçün vaxt lazımdı. Vaxt az olanda da səhvlər qaçılmaz olur. Buna görə səhvləri minimuma endirməyə çalışırıq. İkincisi də adaptasiya ilə bağlıdır. Bu, elmi cəhətdən də sübut olunub ki, 7-10 gündən sonra qaydasına düşür. Dəniz səviyyəsindən 2800 metr yüksəklikdən aşağı düşəndən sonra orqanizmdə dəyişikliklər baş verir və bu da qəbul etməlidi. Bunun üçün futbolçular daha çox havada olmalıdı, nəinki kondisionerli otaqda. Üstəlik, oyunun 2 gün əvvələ çəkilməsi bizi çox çətin vəziyyətə salıb. Ancaq sadaladıqlarımı bəhanə kimi qəbul etməyin. Nə olursa-olsun, iyunun 28-də səhvlər olmamalıdı. "Daçiya" ilə matçda səhvlərin olması gözləniləndi. Ancaq mən bu komandaya çox inanıram. Keçən il başlayanda bundan da pis vəziyyətdə idik. Ancaq bu gün oyunçu da var, keyfiyyət də. Ən çox məni sevindirən rəqabətin olmasıdı. Ehtiyat oyunçular skamyamızda yaxşı futbolçular var ki, meydana çıxıb oyunun taleyini həll edə birlələr. Səhvlərin düzəldiməsi üçün oyun epizodları üzərində xüsusi çalışmağa, hücumda və müdafiədə etibarlılığa diqqət yetirməyə çalışacağıq.
 
– Rəqibi necə dəyərləndirərdiniz?
– Bizi çətin rəqib gözləyir. Bu, onlardan qorxduğumuz anlamına gəlmir. "Daçiya" doğrudan da güclü rəqibdi. Moldova çempionatında “Şerif”ə qarşı "qızıl oyun"larına baxmışam. “Daçiya”nın oyunu məni yaxşı mənada təəccübləndirdi. Komandanın iddialı olması, qrup mərhələsinə düşməsi gücündən xəbər verir. "Daçiya"nın iddiası barədə eşitmişdim. Sadəcə, oyununa baxandan sonra o gücə malik olduğunu gördüm. Ancaq biz əlimizi qaldırıb təslim olmayacağıq. "Kəpəz", Gəncə adından başqa Azərbaycanı layiqincə təmsil etməyə çalıaşacağıq.
 
– Komandada problemlərin olduğunu nəzərə alsaq, inam nədən irəli gəlir?
– Bəli, qələbə qazandığımız 6:0 hesabı yaxşı nəticədi. Ancaq hesab məni maraqlandırmırdı. Xətlər arasında əlaqə bu gün yaxşı vəziyyətdədi. Əsas inamım ondan irəli gəlir ki, futbolçular çətinliklərə sinə gərə bilirlər və bu, çox vacibdir. Burda xarakterdən söhbət gedir və yoxlama oyunu da mənim üçün çox vacib idi. Bu matçda buraxdığımız səhvləri 4 günə düzəltməliyik. Doğrudu, ideal vəziyyətə gətirib çıxara bilməyəcəyik. Ancaq çalışacağıq ki, minimuma endirək. Futbolçuların xarakterinə, ustalığına inamım var.
 
– Futbolçularınızdan yalnz litvalı qapıçı Tadas Simaitisin avrokubok təcrübəsi var. Bu, sizə çətinlik yaratmır ki?
– Onlarla bərabər elə baş məşqçinin də avrokubok təcrübəsi yoxdu. Bunu həyata keçirmək bizim üçün böyük bir sevincdi. Bu gün pafoslu sözlər danışaq ki, 2 mərhələ keçəcəyik, qrupa yaıxnlaşacağıq, bu, real görünmür. Proqnoz vermək qeyri-mümkündü. Çalıçacağıq ki, yaxşı futbol oynayaq, kiminsə qarşısında aciz olmayaq. Demirəm ki, biz uduzmağa gedirik. Ayın 28-də yeni, sürətli bir komanda görəcəksiniz. Bizim qarşımıza məqsəd Avropaya düşmək idisə, indi bundan da yaxşı nəticəyə nail olmaq istəyirik. Necə deyərlər, “iştah diş altındadı”. Ancaq istəyimizə nə dərəcədə nail olacağımızı zaman göstərəcək. Bizdə hər şey ideal deyil. Şəraitə uyğun addım atdıq. Futbolçularımızın qiyməti o dərəcədə böyük deyil. Büdcəmiz bəlkə də hansısa bir futbolçunun qiymətinə bərabərdi. Minimum imkanla, maksimum yaratmağa çalışan bir komandayıq.
 
– "Daçiya" mövsüm ərzində cəmi 12 qol buraxıb ki, bu da müdafiəsinin çox güclü olduğunu göstərir. Hesab etmirsiniz ki, sürətli futbol mənfi nəticəyə gətirib çıxara bilər?
– Hücumda sürətli futbol göstərməyə, kompakt şəkildə oynamağa çalışacağıq. Mənim müsahibəm artıq Moldova mətbuatında gedib. Necə oynacağımızı demək istəmirəm. Məqsədimiz müdafiədə etibarlı, hücumda sürtətli oynamaqdı.
 
– Rəqib hansı amillərdə "Kəpəz"i üstələyir?
– Ən başlıcası oyunçu seçimində. Heyətində xeyli legioner var və futbolçularının hamısı mübariz keyfiyyətlərə malikdi. "Şerif"lə oyunda meydanın hər qarışı uğrunda mübarizə aparırlar və sürətli oynayırlar. Müdafiədə çox etibarlıdılar, təcrübəli futbolçuları var. Biz ehtiyatlı olmalıyıq. Kapitanları müdafiənin dayağıdır. Əsas məqsəd evdə qol buraxmamaqdır. Məncə, səfərdə qol vurmaq gücündəyik. Bizdə belə oyunçular var.
 
– Bəs "Kəpəz" rəqibi nədə üstələyir?
– Yumruq kimi birləşib, komanda şəklində meydanın hər qarışı uğrunda mübarizə aparmaqda.
 
– Bakıda 0:0 hesabı sizi qane edəcək?
– Oyunun taleyi yüz faiz Kişinyovda həll olunacaq.
 
– Azarkeş amili "Kəpəz"in xeyrinə ola bilərmi? "Daçiya" ilə Bakıdakı matça 5-6 min azarkeşin gəlməsi gözlənilir…
– "Kəpəz" azarkeşləri möhtəşəm olduqlarını ötən mövsüm göstərdilər. Onlar həmişə arxamızda durublar. "Qəbələ" ilə matçda azarkeşlər iki gün yollarda qaldılar. İnanıram ki, yenə stadionu dolduracaqlar. Onlar bizə dəstək olaraq "12-ci oyunçu" funksiyasını yerinə yetirəcəklər. Onlara ehtiyacımız var. Azarkeşlərimiz indiyədək "Kəpəz"i tək buraxmayıblar. İnanıram ki, Avropa Liqasında da belə olacaq.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm