Ölkə futbolu
Kapitan millidən getdi
AÇ-2016-nın 1/8 final mərhələsində Portuqaliya ilə oyun X…
AÇ-2016-nın 1/8 final mərhələsində Portuqaliya ilə oyun Xorvatiyanın müdafiəçisi Dario Srna üçün millidə sonuncu olub. Futbolinfo.az saytının məlumatına görə, bu barədə “Croatiaweek” nəşri xəbər yayıb.
Əsas yığmada rekord sayda – 134 oyunda meydana çıxan 34 yaşlı futbolçunun bundan sonra sadəcə klubu “Şaxtyor” üçün oynayacağı bildirilib.
Qeyd edək ki, Xorvatiya – Portuqaliya matçının əsas vaxtı 0:0 başa çatmış, oyuna əlavə olunmuş dəqiqələrdə bir qol buraxan xorvatlar turnirlə vidalaşmışdılar.