Müsahibə
Simeon Bulqaru: "Kəpəz"i zəif rəqib kimi qələmə versələr də…"
Moldovanın "Daçiya" klubunun kapitanı Simeon Bulqar…
Moldovanın "Daçiya" klubunun kapitanı Simeon Bulqaru Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. Avroliqada zəif rəqib olmur. "Kəpəz"i zəif rəqib kimi qələmə versələr də, biz belə düşünmürük. "Kəpəz"in dayaq yarımmüdafiəçisi yaxşı oynayır, cinahdan daha yaxşı çıxış edirlər. Hücuma aqressiv atılırlar".
Yeri gəlmişkən o, klub saytına da müsahibə verib:
– İlk oyundan nə gözləyirsən?
– Çox çətin oyun olacağını düşünürəm. İlk növbədə ona görə ki, səfərdə oynayacağıq. İkincisi, yaxşı komanda ilə qarşılaşacağıq. Onların zəif, bizim favorit olduğumuz barədə deyilənlər qətiyyən düzgün deyil. Əslində isə rəqibimiz çox mobil komandadır. Üstəlik, onları ən azı 2-3 min azarkeş dəstəyi gözləyir. Bu azarkeşlər çətin anlarda onlara çox ciddi kömək edirlər.
– Bakıdakı oyunda hansı nəticəni istərdiniz?
– Biz buraya müsbət nəticə üçün gəlmişik. Müsbət nəticə isə qələbədir. Amma cavab matçı da var. İşimizi elə qurmalıyıq ki, iki oyunun nəticəsinə görə mərhələ adlaya bilək.
– Favorit kimdir?
– Düzünü deyim ki, bunu demək mənim üçün çox çətindir. Onların oyunlarının sadəcə, videoyazısına baxmışam. Amma özünüz bilirsiniz ki, bu, rəqibin əsl gücünü bilmək üçün yetərli olmur. İlk oyunun rəqib meydanında olacağını nəzərə alsaq, şanslar 55-in 45-ə rəqibin xeyrinədir.